Qaynar xətt:

(+99450) 247 90 86

Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək  — AÇIQLAMA 

Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək  — AÇIQLAMA 

CƏMİYYƏT

216

17.05.2026, 12:10

Sosial yardımın alınması üçün müraciət zamanı tələb olunan sənədlər hansılardır?

Oxu24.com sosial yardımla bağlı tələb olunan sənədləri təqdim edir:

1. Yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən ailə tərkibi haqqında arayış;

2. Həmin arayış əsasında notariat orqanı tərəfindən təsdiq edilmiş ərizə.

Sosial yardım hansı müddətə təyin olunur?

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Müraciətin qeydə alınması hansı formada həyata keçirilir?

Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş 3 (üç) gün müddətində göndərilir.

2026-cı il üçün ehtiyac meyarı nə qədərdir?

2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilmişdir.

Sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi hansı formada həyata keçirilir?

Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin sosial yardım üzrə işçisi maddi-məişət şəraitinin müayinəsini müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür.

Hansı hallarda sosial yardımın təyin olunmasından imtina edilir?

Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

•    “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

•    sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 

•    sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;

•    ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);

•    ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi və ya "DOST" mərkəzi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 

•    ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 

•    ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

Hazırladı: Jalə