Əməkhaqqı alanların DİQQƏTİNƏ: Sığorta haqlarında gözlənilməz DƏYİŞİKLİK
11 Noyabr 2026, 18:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
510
17.05.2026, 08:30
"EOLOS Floating LiDAR Solutions" şirkəti Xəzər dənizində "Azerbaijan Green Energy Company" (AGEC) şirkətinin dəniz külək enerjisinin işlənməsi sahəsində FLS200 modelli inteqrasiya olunmuş üzən LiDAR dəniz nişanını (buy) istismara verib.
Oxu24.com EOLOS-a istinadən xəbər verir ki, bu kampaniya həmin regionda dəniz külək zonalarının qiymətləndirilməsi üzrə öz növündə ilk təşəbbüs olub.
Qeyd edək ki, EOLOS şirkəti 2026-cı ilin yanvarında dəniz obyektində ölçmə kampaniyasının kompleks şəkildə həyata keçirilməsi üzrə tenderdə müqavilə qazanıb. EOLOS-un məlumatına görə, "OWC" şirkəti ("ABL Group"a daxildir) işlərin həcmi və satınalma prosesi üzrə texniki məsləhətçi qismində çıxış edib.
Kampaniyanın bir il davam edəcəyi gözlənilir. Onun məqsədi turbinlərin və bünövrə növlərinin seçilməsi üçün zəruri olan investisiya sinfinə (bank səviyyəsinə) aid məlumat massivlərini təqdim etməkdir.
Xatırladaq ki, müqavilə AGEC ilə Azərbaycanın Energetika Nazirliyi arasında Xəzər dənizində ilkin tədqiqatların və hazırlıq işlərinin aparılmasına dair saziş çərçivəsində bağlanıb.
2025-ci ilin dekabrında məlumat verilmişdi ki, Energetika Nazirliyi AGEC-in törəmə strukturu olan "Clean Energy Capital" şirkəti ilə ilkin gücü 200 MVt və ümumi gücü 600 MVt olan dəniz külək enerjisi sahəsində layihənin qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsi haqqında saziş bağlayıb.
Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal "Report"a şərhində daha əvvəl bildirib ki, ölkə dəniz (ofşor) külək enerjisi infrastrukturunun formalaşdırılmasına dəstək göstərilməsi üçün ADB sorğu göndərib.
Öz növbəsində, "Acwa" şirkətinin Mərkəzi Asiya üzrə regional prezidenti Abid Malik "Report"a müsahibəsində vurğulayıb ki, şirkət Azərbaycanda bu cür layihələrin texniki-iqtisadi əsaslandırılmasının qiymətləndirilməsində iştirak etmək niyyətindədir.
Qeyd edək ki, Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını 38 %-ə çatdırmağı hədəfləyir. Bunun üçün hazırda 8 QVt gücündə bərpa olunan enerji mənbələri layihələri həyata keçirilir.
18:42 / 11 Noyabr 2026
76
18:39 / 11 Noyabr 2026
75
18:35 / 11 Noyabr 2026
81
18:30 / 11 Noyabr 2026
106
18:29 / 11 Noyabr 2026
113
18:23 / 11 Noyabr 2026
96
18:17 / 11 Noyabr 2026
137
18:13 / 11 Noyabr 2026
103
18:06 / 11 Noyabr 2026
487
18:01 / 11 Noyabr 2026
92
17:42 / 11 Noyabr 2026
227
17:40 / 11 Noyabr 2026
157
17:35 / 11 Noyabr 2026
262
17:16 / 11 Noyabr 2026
99
17:13 / 11 Noyabr 2026
197
17:12 / 11 Noyabr 2026
101
16:35 / 11 Noyabr 2026
114
16:07 / 11 Noyabr 2026
166
16:04 / 11 Noyabr 2026
385
16:01 / 11 Noyabr 2026
128
16:00 / 11 Noyabr 2026
107
15:50 / 11 Noyabr 2026
123
15:50 / 11 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.