Mayın 15-də qaz kəsiləcək - Bu ərazilərdə
14 May 2026, 20:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
78
14.05.2026, 18:17
Avtomobil mütəxəssisləri sürücülərə yay aylarında Aİ-95 benzininə keçməyi məsləhət görürlər. Qayda və tövsiyələrə uyğun davranan və avtomobilinin uzunömürlülüyünə çalışan sürücülər buna əməl etsələr də, çoxları bu tövsiyənin əsl mahiyyətini bilmir.
Belə ki, yayın yüksək temperaturu avtomobillərdə mühərrikin daha çox yüklənməsinə səbəb olur. Bu səbəbdən avtomobilin stabil və təhlükəsiz işləməsi üçün keyfiyyətli yanacaq seçimi xüsusi əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki, Avtomobil üzrə mütəxəssis Seymur Nağıyevin Bizim.Media-ya verdiyi məlumata görə, 95 oktan benzin yüksək yanma keyfiyyətinə görə mühərriki isti havalarda daha effektiv qoruyur:
“Xüsusilə mühərrikin qızmasının qarşısının alınmasında 95 oktanlı benzin daha güclüdür. Çünki isti havada mühərrik daha çox qızır, yanacaq-hava qarışığının öz-özünə alışma riski artır. 95 markalı benzində oktan daha yüksək olduğuna görə sıxılmaya və istiliyə qarşı daha dayanıqlıdır. Xüsusilə turbo mühərriklərdə daha çox tövsiyə olunur.
Bundan başqa uzun məsafədə maşın sürənlər kondisioneri daimi işlətməli olurlar. Bu da mühərriki ikiqat yükləyir. Ona görə də 95 benzini mühərrikin daha təhlükəsiz işləməsinə kömək edir”.
Məsələ burasındadır ki, mütəxəssislərin bu tövsiyələrinə bütün sürücülər əməl etsə, 95 oktanlı benzinə tələbat da artacaq.
Bu “kütləvi keçid” defisit yarada bilərmi?
Mütəxəssis bildirir ki, tələbat çoxluğu adətən qısa müddətli çatışmazlıq yarada bilər, bəzi yanacaqdoldurma məntəqələrində müvəqqəti növbə yaranar, uzunmüddətli ciddi defisit müşahidə olunmur. Çünki bazarda əsas tələbat hələ də Aİ-92-yədir.
20:10 / 14 May 2026
1
20:09 / 14 May 2026
15
19:59 / 14 May 2026
22
19:56 / 14 May 2026
123
19:52 / 14 May 2026
23
19:47 / 14 May 2026
29
19:32 / 14 May 2026
38
19:30 / 14 May 2026
82
19:18 / 14 May 2026
48
19:14 / 14 May 2026
58
19:09 / 14 May 2026
52
18:56 / 14 May 2026
59
18:40 / 14 May 2026
68
17:55 / 14 May 2026
76
17:35 / 14 May 2026
70
17:30 / 14 May 2026
66
17:05 / 14 May 2026
90
17:04 / 14 May 2026
71
16:51 / 14 May 2026
81
16:45 / 14 May 2026
69
16:40 / 14 May 2026
110
16:35 / 14 May 2026
200
16:29 / 14 May 2026
289
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.