Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
179
12.05.2026, 23:50
Apple "iPhone" istifadəçilərinə təcili xəbərdarlıq edərək cihazları yeni "iOS 26.5" əməliyyat sisteminə yeniləməyə çağırıb. Yeni proqram təminatı sistemdəki 50-dən çox təhlükəsizlik boşluğunu aradan qaldırır.
Oxu24.com xəbər verir ki, bu barədə "MacRumors" portalı məlumat yayıb. Şirkət istifadəçilərə yenilənməni mümkün qədər tez quraşdırmağı tövsiyə edir. Çünki aşkar edilən boşluqlar kibercinayətkarların qorunmayan cihazlara hücum etməsinə şərait yarada bilər.
Yenilənmə çərçivəsində təsvirlərin emalı, sistem nüvəsi, həmçinin "Spotlight" və skrinşot mexanizmlərindəki xətalar düzəldilib. Xüsusilə "WebKit" mühərrikindəki onlarla boşluq ləğv edilib. Bu boşluqlar məxfi məlumatların sızmasına və ya tətbiqlərin qəfil qapanmasına səbəb ola bilərdi. "Apple" hələlik bu boşluqlardan aktiv şəkildə istifadə edilməsi barədə məlumatın olmadığını vurğulayıb.
Eyni zamanda, köhnə model cihazlar üçün də təhlükəsizlik yamaqları istifadəyə verilib. Hətta "iOS 15" və "iOS 16" versiyalarına qədər olan köhnə sistemlər üçün də xüsusi yenilənmələr hazırlanıb. "Mac" kompüterləri də diqqətdən kənarda qalmayıb. "macOS Tahoe 26.5" versiyasında 70-ə yaxın təhlükəsizlik problemi həllini tapıb.
Yəni, "Apple" cihazınızın haker hücumlarına məruz qalmasını və şəxsi məlumatlarınızın oğurlanmasını istəmirsinizsə, dərhal tənzimləmələrə daxil olub ən son yenilənməni yükləməlisiniz./demokkrat
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
20:36 / 12 May 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.