Qaynar xətt:

(+99450) 247 90 86

15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü

15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü

CƏMİYYƏT

71

03.05.2026, 21:59

Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.

Oxu24.com xəbər verir ki, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.

Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.

Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.

Hadisə zamanı xəsarət alan 47 yaşlı Aydın Qurbanov Zaqatala rayon Xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilir./qafqazinfo/