Bu ərazilərdə qazın verilişində fasilə olacaq
29 Aprel 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
209
29.04.2026, 19:16
Havanın çirklənməsi hamiləlik dövründə uşaqların nitq və motor bacarıqlarının inkişafına mənfi təsir göstərir. London Kral Kollecinin alimləri apardıqları tədqiqatla bu gizli təhlükəni üzə çıxarıblar.
Oxu24.com xəbər verir ki, "Journal of Physiology" jurnalında dərc olunan araşdırma 500-ə yaxın uşağı əhatə edib. Məlum olub ki, hamiləliyin ilk üç ayında (birinci trimestr) yüksək səviyyədə çirklənmiş havadan təsirlənən anaların övladlarında nitq inkişafı digərlərinə nisbətən aşağı olur. Xüsusilə 18 aylıq uşaqlarda nitq inkişafı göstəricilərinin orta hesabla 5-7 bənd geri qaldığı müşahidə edilib.
Tədqiqatın nəticələrinə görə, çirkli havanın mənfi təsirləri vaxtından əvvəl doğulan uşaqlarda daha kəskin büruzə verir. Bu qrupda olan uşaqlarda motor bacarıqlarının inkişafı orta hesabla 11 bənd aşağı düşüb. Alimlər bildirirlər ki, söhbət əsasən nəqliyyatdan ayrılan azot-dioksid və xırda bərk hissəciklərdən gedir. Maraqlıdır ki, araşdırmada qeyd olunan çirklənmə səviyyəsi rəsmi normalara uyğun gəlsə də,
Ümumdünya Səhiyyə Təşkilatının daha sərt tövsiyələrindən yuxarı olub. Mütəxəssislər vurğulayırlar ki, ana bətnindən başlayaraq ilk iki il beynin formalaşması üçün kritik dövrdür və bu zaman havanın keyfiyyəti həlledici rol oynayır.
Həmçinin oxuyun
Yəni, hamiləlik zamanı nəqliyyatın sıx olduğu və havası çirkli olan yerlərdə yaşamaq, uşağın gələcəkdə həm danışmasına, həm də fiziki hərəkətlərinə mane ola bilər.Demokrat.az
22:14 / 29 Aprel 2026
21
21:41 / 29 Aprel 2026
38
21:21 / 29 Aprel 2026
56
21:12 / 29 Aprel 2026
73
20:56 / 29 Aprel 2026
66
20:50 / 29 Aprel 2026
53
20:39 / 29 Aprel 2026
87
20:10 / 29 Aprel 2026
78
19:56 / 29 Aprel 2026
70
19:43 / 29 Aprel 2026
73
19:28 / 29 Aprel 2026
156
19:02 / 29 Aprel 2026
126
18:50 / 29 Aprel 2026
198
18:36 / 29 Aprel 2026
94
18:26 / 29 Aprel 2026
232
18:13 / 29 Aprel 2026
97
18:00 / 29 Aprel 2026
104
17:50 / 29 Aprel 2026
87
17:45 / 29 Aprel 2026
76
17:40 / 29 Aprel 2026
83
17:35 / 29 Aprel 2026
70
17:16 / 29 Aprel 2026
140
17:06 / 29 Aprel 2026
315
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.