Qaynar xətt:

(+99450) 247 90 86

Kür daşdı, bu rayonu su basdı 

Kür daşdı, bu rayonu su basdı 

CƏMİYYƏT

135

20.04.2026, 20:23

Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi qalxıb.

Oxu24.com-un məlumatına görə, nəticədə rayonunun Qaraağaclı kəndinin Qarasaqqal adlanan ərazisində 200 hektara yaxın taxıl sahəsi su altında qalıb.

Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, eyni kənddə əkin olmayan 100 hektar ərazi də su altında qalıb.