Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır
07 İyul 2026, 13:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
764
17.04.2026, 11:23
Supermarketlərdə "Rəqəm oyunu": 100 qramlıq qiymətlərlə alıcılar necə tələyə salınır?
Son zamanlar paytaxtın və bölgələrin iri ticarət şəbəkələrində alıcıları çaşdıran yeni bir tendensiya geniş vüsət alıb. Artıq bir çox məhsulların, xüsusilə çəki ilə satılan malların qiymət etiketlərində 1 kiloqramın deyil, 100 qramın qiyməti qeyd olunur. Bu üsul psixoloji olaraq məhsulun daha ucuz olduğu təəssüratını yaratsa da, əslində istehlakçıların cibinə zərbə vuran gizli bir marketinq gedişidir.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Oxu24.com-a açıqlamasında qanunvericilikdəki boşluqlardan və marketlərin müraciət etdiyi metodlardan bəhs edib.
Eyyub Hüseynov bildirir ki, marketoloqlar və satış şəbəkələri istehlakçıları manipulyasiya etmək üçün minlərlə üsula malikdirlər. Bunun ən böyük səbəbi isə qanunvericilikdəki müəyyən çatışmazlıqlardır:
"Təəssüf ki, bizim qanunvericilikdə qiymət kağızında məhsulun hansı vahidlə (kq və ya qram) göstərilməli olduğuna dair sərt tələb yoxdur. Bu boşluqdan istifadə edən sahibkarlar qiyməti kiçik rəqəmlərlə göstərib, alıcını psixoloji olaraq həmin malı almağa sövq edirlər”.
Ekspertin sözlərinə görə, aldadılma təkcə rəqəmlərlə bitmir. Çox vaxt istehlakçı vizual olaraq 1 kiloqram hesab etdiyi qablaşdırılmış məhsulu alır, lakin evdə məlum olur ki, tərkibində cəmi 800 qram məhsul var. Beləliklə, vətəndaş fərqində olmadan hər paketdə 200 qram itirmiş olur.
Nazirlər Kabinetinin 94 saylı qərarına diqqət çəkən AİB sədri qeyd edib ki, bazarda satılan hər bir mal, o cümlədən konfetlər qablaşdırılmalı və üzərində aşağıdakı məlumatlar mütləq əks olunmalıdır:
* İstehsal tarixi və son yararlılıq müddəti
* Məhsulun dəqiq çəkisi (miqdarı).
Lakin real mənzərə fərqlidir. Açıq satılan konfetlərin üzərindəki qiymətlər çox vaxt alıcını cəlb etmək üçün "parçalanmış" şəkildə təqdim olunur ki, bu da istehlakçı hüquqlarının birbaşa pozulmasıdır.
Bu növ aldatma üsulları təkcə Azərbaycana xas deyil.
Eyyub Hüseynov vurğulayır ki, Avropa ölkələrində, xüsusən İspaniya və İtaliyada daha irəli gedirlər. Məsələn, qiyməti "5.99" yazıb, 99 rəqəmini o qədər kiçik edirlər ki, alıcı uzaqdan onu 5.00 kimi qəbul edir.
Çıxış Yolu Nədir?
Ölkədə istehlakçı siyasətinin arxa planda qaldığını deyən ekspert, hazırkı vəziyyətdə yeganə xilası alıcıların diqqətli olmasında görür:
"İstehlakçıları daha diqqətli olmağa çağırmaqdan başqa əlacımız yoxdur. Hər bir vətəndaş etiketi diqqətlə oxumalı, 100 qram və 1 kiloqram fərqinə varmalıdır. Unutmayın, ucuz görünən hər rəqəm əslində cibinizdən daha çox pul çıxmasına xidmət edə bilər”.
Alış-veriş edərkən yalnız böyük rəqəmlərə deyil, onların yanındakı kiçik qeydlərə (qramajlara) də mütləq baxın!
Çimnaz Telmanqızı
13:29 / 07 İyul 2026
9
13:23 / 07 İyul 2026
22
13:15 / 07 İyul 2026
46
13:10 / 07 İyul 2026
302
12:54 / 07 İyul 2026
150
12:53 / 07 İyul 2026
60
12:42 / 07 İyul 2026
63
12:31 / 07 İyul 2026
273
12:25 / 07 İyul 2026
64
12:18 / 07 İyul 2026
125
12:00 / 07 İyul 2026
891
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
200
11:51 / 07 İyul 2026
64
11:33 / 07 İyul 2026
81
11:22 / 07 İyul 2026
114
11:10 / 07 İyul 2026
83
11:09 / 07 İyul 2026
81
11:05 / 07 İyul 2026
81
11:01 / 07 İyul 2026
247
10:53 / 07 İyul 2026
455
10:48 / 07 İyul 2026
74
10:46 / 07 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.