Qaynar xətt:

(+99450) 247 90 86

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT  

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT  

CƏMİYYƏT

96

10.04.2026, 20:18

Bakıda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı Hərbi Hissəsinin komandiri vəzifəsindən azad edilib.

Oxu24.com “Qaynarinfo.az”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Mustafayev Zəfər Rəcəb oğlu vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Xüsusi Riskli Xilasetmə Xidmətində idarə rəisi təyin edilib.

Qeyd edək ki, Zəfər Mustafayev rəhbərlik etdiyi komanda ilə 2023-cü ildə Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ zamanı insanları xilas etməsi ilə gündəmə gəlmişdi.