Evdə halı pisləşən 25 yaşlı qız öldü
12 Noyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
882
10.04.2026, 20:53
Bu günün sürətli həyat tərzi ailələrin qidalanma vərdişlərinə ciddi təsir göstərir. Xüsusilə "fast-food"məhsullarının, keyfiyyətsiz yağların və emal olunmuş ət məhsullarının gündəlik menyuya daxil olması artıq adi hal alıb. Təəssüf ki, bu dəyişikliklərin ən ağır nəticələrini uşaqlar yaşayır.
Bu mövzu ilə bağlı Oxu24.com-a danışan sağlam qidalanma mütəxəssisi,dietaterapevt Elvira Şahinova bildirir ki, müasir dövrdə insanlar vaxt çatışmazlığından asan üsullarla hazırlana biləcək qidalara üz tutur. Onlardan biri işlənmiş qidalardır.
"Bildiyimiz kimi qida sənayesi işlənmiş qidaların üzərində düşündüyümüzdən daha çox işləyir.Belə qidaların zərərləri saymaqla bitməz. Ancaq biz sağlam qida mütəxəssisləri çalışırıq insanlara çatdıraq ki,belə qidalar mədənin turşuluq səviyyəsini azaldır,bağırsaqların florasını pozmaqla orqanizmə böyük ziyan vurur.İşlənmiş qidaların tərkibində göstərilən mineral və vitaminlər təbii məhsullarda olduğu kimi bağırsaqlar tərəfindən sovrulmur,bu səbəbdən bədəndə vitamin və mineral çatışmazlığı yaranır. Bu isə öz növbəsində hormonlar ifrazına təsir edir.Bədənimizdə biz öz-özümüzə alan biləcəyimiz resursların qarşısını alırıq,və beləliklə bədənimizin özünü bərpa etməkdə çətinlik çəkir.Eləcə də bu qidaların tərkibinə qatılan duzlar insanlarda bir növ asılılıq yaradır.Bu da həddən çox qida qəbuluna gətirib çıxarır.
Uşaqların orqanizmi inkişaf mərhələsində olduğu üçün qəbul etdikləri qidanın keyfiyyəti onların həm fiziki, həm də zehni inkişafına birbaşa təsir edir. Zərərli qidalar isə vitamin və minerallarla kasad, lakin kalori baxımından zəngin olur. Bu da uşaqlarda piylənmə, immun sisteminin zəifləməsi, diqqət dağınıqlığı və hətta erkən yaşlarda xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.Təbii qidalara üstünlük verin və sağlam qalın",-deyə mütəxəssis qeyd edir.
Hazırladı: Aysel
14:15 / 12 Noyabr 2026
42
14:04 / 12 Noyabr 2026
180
13:59 / 12 Noyabr 2026
165
13:55 / 12 Noyabr 2026
68
13:45 / 12 Noyabr 2026
130
13:36 / 12 Noyabr 2026
164
13:29 / 12 Noyabr 2026
78
13:21 / 12 Noyabr 2026
84
13:20 / 12 Noyabr 2026
119
13:18 / 12 Noyabr 2026
334
13:16 / 12 Noyabr 2026
114
13:07 / 12 Noyabr 2026
331
13:04 / 12 Noyabr 2026
74
13:00 / 12 Noyabr 2026
75
12:40 / 12 Noyabr 2026
76
12:25 / 12 Noyabr 2026
108
12:05 / 12 Noyabr 2026
112
11:55 / 12 Noyabr 2026
114
11:50 / 12 Noyabr 2026
127
11:36 / 12 Noyabr 2026
108
11:35 / 12 Noyabr 2026
114
11:34 / 12 Noyabr 2026
167
11:31 / 12 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.