Əli Əsədovdan yeni qərar — SİYAHI TƏSDİQLƏNDİ
10 İyun 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
591
10.04.2026, 18:50
Son illərdə məktəblilərin psixoloji və fiziki sağlamlığının qorunması, xüsusilə də yuxu rejiminin düzgün təşkili məsələsi cəmiyyətdə geniş müzakirə olunur. Bir sıra mütəxəssislər ibtidai siniflərdə dərslərin daha gec saatlarda başlamasının uşaqların diqqətini və öyrənmə qabiliyyətini artıracağını bildirsələr də, bu yanaşma ilə razılaşmayanlar da var.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi ibtidai məktəblərdə dərslərin gec saatlara keçirilməsinin effektiv yanaşma hesab edilmədiyini bildirib.
“Beynin ən aktiv olduğu dövr səhər çağıdır. Dərslərin 08:00-da, ən gec halda isə 09:00-da başlanması daha məntiqli yanaşmadır. Günorta saatlarına keçirilən dərslər müəyyən anlaşılmazlıqlar yarada bilər. Bəzi iki növbəli məktəblərdə ibtidai siniflər üçün dərslərin 13:00-da başlaması praktikada müəyyən çətinliklər yaradır.
Bu halda şagirdlər dərsdən gec qayıdırlar və nəticədə növbəti günə hazırlıq üçün gec saatlarda yatmalı olurlar. Bu isə onların yuxu rejiminə mənfi təsir göstərir. Əksinə, səhər dərsə gedən şagirdlər günorta evə qayıdır və axşam saat 22:00-a qədər dərslərini rahat şəkildə yerinə yetirmək imkanı əldə edirlər”.
Elçin Əfəndi vurğulayıb ki, Azərbaycanda bəzi məktəblərdə dərslərin gec başlamasının əsas səbəbi şagird sıxlığıdır:
“İki növbəli tədris sistemi məhz bu sıxlıqdan irəli gəlir. Elə məktəblər var ki, şagird sayı çox olduğuna görə hətta 6 günlük dərs qrafiki tətbiq olunur.
Bütün bu amillər nəzərə alındıqda, ibtidai siniflər üçün dərslərin daha gec saatlara keçirilməsi hazırkı şəraitdə məqsədəuyğun deyil və daha erkən başlanması həm tədrisin keyfiyyəti, həm də şagirdlərin gündəlik rejimi baxımından daha əlverişli hesab olunur”.
10:08 / 10 İyun 2026
7
10:02 / 10 İyun 2026
23
09:58 / 10 İyun 2026
26
09:45 / 10 İyun 2026
42
09:43 / 10 İyun 2026
35
09:42 / 10 İyun 2026
39
09:40 / 10 İyun 2026
109
09:39 / 10 İyun 2026
46
01:04 / 10 İyun 2026
290
00:24 / 10 İyun 2026
347
00:01 / 10 İyun 2026
217
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
298
23:26 / 09 İyun 2026
157
23:23 / 09 İyun 2026
145
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
198
22:59 / 09 İyun 2026
301
22:52 / 09 İyun 2026
556
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
140
21:47 / 09 İyun 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.