“Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquq sistemi təkmilləşdirildi” - Nigar Məmmədova
12 Noyabr 2026, 11:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
817
10.04.2026, 20:05
Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən Oxu24.com-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya nümayəndə heyətinə isə bu ölkə XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Niklas Vaqner rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, davamlı siyasi dialoqun saxlanılması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə məlumat təqdim edilib.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
14:15 / 12 Noyabr 2026
42
14:04 / 12 Noyabr 2026
180
13:59 / 12 Noyabr 2026
165
13:55 / 12 Noyabr 2026
68
13:45 / 12 Noyabr 2026
130
13:36 / 12 Noyabr 2026
164
13:29 / 12 Noyabr 2026
78
13:21 / 12 Noyabr 2026
84
13:20 / 12 Noyabr 2026
119
13:18 / 12 Noyabr 2026
334
13:16 / 12 Noyabr 2026
114
13:07 / 12 Noyabr 2026
331
13:04 / 12 Noyabr 2026
74
13:00 / 12 Noyabr 2026
75
12:40 / 12 Noyabr 2026
76
12:25 / 12 Noyabr 2026
108
12:05 / 12 Noyabr 2026
112
11:55 / 12 Noyabr 2026
114
11:50 / 12 Noyabr 2026
127
11:36 / 12 Noyabr 2026
108
11:35 / 12 Noyabr 2026
114
11:34 / 12 Noyabr 2026
167
11:31 / 12 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.