Vəzifəsi ləğv edilən Ülkər Bayramova kimdir?
10 Aprel 2026, 22:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
89
10.04.2026, 19:37
Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəməsi başlayıb.
Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib
Daha sonra İntiqam Səfərəliyevin vəkili vəsatət verərək məhkəmə proseslərinin mətbuatda işıqlandırılmasının işin gedişinə mənfi təsir etməsi və kommersiya sirlərinin mövcudluğunu nəzərə alaraq iclasların qapalı keçirilməsini xahiş edib.
Vəkilin növbəti vəsatəti isə təqsirləndirilənin ev dustaqlığına buraxılması ilə bağlı olub.
Müşavirədən sonra digər vəsatətlər təmin olunmasada təqsirləndirilənin ev dustaqlığına buraxılması təmin olunub.
İntiqam Səfərqliyev məhkəmə zalından azadlığa buraxılıb.
Həmçinin oxuyun
Qeyd edək ki, "AzFinance İnvestisiya Şirkəti"nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Xatırladaq ki, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilir.
Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.
Onu da qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən "AzFinance İnvestisiya Şirkəti"nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb.
23:14 / 10 Aprel 2026
1
23:05 / 10 Aprel 2026
37
22:51 / 10 Aprel 2026
57
22:45 / 10 Aprel 2026
54
22:11 / 10 Aprel 2026
52
22:07 / 10 Aprel 2026
130
21:48 / 10 Aprel 2026
115
21:29 / 10 Aprel 2026
246
21:19 / 10 Aprel 2026
90
20:55 / 10 Aprel 2026
190
20:53 / 10 Aprel 2026
90
20:47 / 10 Aprel 2026
323
20:45 / 10 Aprel 2026
77
20:36 / 10 Aprel 2026
236
20:29 / 10 Aprel 2026
247
20:18 / 10 Aprel 2026
92
20:05 / 10 Aprel 2026
84
19:51 / 10 Aprel 2026
173
19:22 / 10 Aprel 2026
88
19:12 / 10 Aprel 2026
121
18:50 / 10 Aprel 2026
105
18:35 / 10 Aprel 2026
169
18:19 / 10 Aprel 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.