Yüksək pensiya almağın yolları hansılardır? — DİQQƏT!
07 Aprel 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
93
07.04.2026, 19:09
Bakıda və Abşeron yarımadasında son illərdə baş verən tikinti xaosu yenidən ciddi təhlükə mənbəyinə çevrilib. Mediaya sızan məlumatlara görə, son 10 ildə paytaxt və ətraf ərazilərdə təxminən 3 min ev su kollektorlarının üzərində inşa edilib. Bu isə artıq real fəsadlar doğurmağa başlayıb.
Oxu24.com xəbər verir ki, son günlər belə evlərin sökülməsi prosesi start götürüb. Xüsusilə Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində baş verən hadisə problemin nə qədər ciddi olduğunu ortaya qoyub. Belə ki, diametri 1200 mm olan tullantı su kollektoru üzərində tikilmiş evlərin ağırlığına tab gətirməyərək çöküb, nəticədə ətrafdakı evləri su basıb. Qəzaya səbəb olan tikili artıq sökülüb.
“İcazəsiz tikinti mümkün deyil”
Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən “ReAl” partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu cür tikintilərin baş verməsi ya rəsmi icazə verilməsi, ya da göz yumulması ilə mümkündür:
“Heç bir vətəndaş belə ərazilərdə icazəsiz ev tikə bilməz. Bu ya qanuni şəkildə təsdiqlənib, ya da qeyri-rəsmi şəkildə buna imkan yaradılıb. Hər iki halda məsuliyyət dövlət qurumlarının üzərinə düşür”.
Onun sözlərinə görə, Bakıda tikintiyə nəzarət edən azı 11 qurum fəaliyyət göstərir və bu sistem elə qurulub ki, belə hallar onların diqqətindən kənarda qala bilməz:
“Əgər bu baş veribsə, deməli, yerli icra hakimiyyətlərindən tutmuş mərkəzi icra strukturlarına qədər hamının məsuliyyət payı var”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev isə qeyd edib ki, yeraltı kommunikasiya xətlərinin üzərində tikinti aparılması qanunvericiliklə qadağandır:
“Buraya içməli su xətləri, kanalizasiya kollektorları, qaz kəmərləri və digər strateji kommunikasiya xətləri daxildir. Bu obyektlərin mühafizə zonaları var və həmin zonalarda tikinti aparmaq olmaz”.
Ekspert vurğulayıb ki, belə hallarda əsas məsuliyyət torpağı satan və həmin əraziyə sənəd verən qurumların üzərinə düşür:
“Eyni zamanda vətəndaşlar da torpaq alarkən diqqətli olmalıdır. Ərazinin altında hansı kommunikasiya xətlərinin keçdiyini araşdırmadan tikintiyə başlamaq ciddi riskdir”.
Mütəxəssislərin fikirləri onu göstərir ki, məsələ təkcə ayrı-ayrı evlərin sökülməsi ilə bitmir. Problem sistem xarakterlidir. Bir tərəfdən nəzarət mexanizmlərinin zəifliyi, digər tərəfdən isə vətəndaşların məlumatlılığının aşağı olması bu cür riskli tikintilərin artmasına şərait yaradır.
Hazırda əsas sual isə açıq qalır: bu tikintilərə illərlə göz yuman və ya icazə verən qurumların rəhbərləri məsuliyyətə cəlb olunacaqmı?Bakupost.az
Həmçinin oxuyun
22:49 / 07 Aprel 2026
14
22:43 / 07 Aprel 2026
32
22:27 / 07 Aprel 2026
26
22:13 / 07 Aprel 2026
59
22:03 / 07 Aprel 2026
58
21:41 / 07 Aprel 2026
58
21:29 / 07 Aprel 2026
64
21:19 / 07 Aprel 2026
61
20:59 / 07 Aprel 2026
115
20:50 / 07 Aprel 2026
168
20:36 / 07 Aprel 2026
126
20:21 / 07 Aprel 2026
155
20:01 / 07 Aprel 2026
74
19:53 / 07 Aprel 2026
88
19:38 / 07 Aprel 2026
162
19:29 / 07 Aprel 2026
103
18:59 / 07 Aprel 2026
86
18:52 / 07 Aprel 2026
87
18:30 / 07 Aprel 2026
82
18:18 / 07 Aprel 2026
91
18:02 / 07 Aprel 2026
85
17:50 / 07 Aprel 2026
94
16:50 / 07 Aprel 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.