50 yaşlı kişini arı sancdı – Şoka düşdü
15 İyun 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
636
07.04.2026, 19:09
Bakıda və Abşeron yarımadasında son illərdə baş verən tikinti xaosu yenidən ciddi təhlükə mənbəyinə çevrilib. Mediaya sızan məlumatlara görə, son 10 ildə paytaxt və ətraf ərazilərdə təxminən 3 min ev su kollektorlarının üzərində inşa edilib. Bu isə artıq real fəsadlar doğurmağa başlayıb.
Oxu24.com xəbər verir ki, son günlər belə evlərin sökülməsi prosesi start götürüb. Xüsusilə Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində baş verən hadisə problemin nə qədər ciddi olduğunu ortaya qoyub. Belə ki, diametri 1200 mm olan tullantı su kollektoru üzərində tikilmiş evlərin ağırlığına tab gətirməyərək çöküb, nəticədə ətrafdakı evləri su basıb. Qəzaya səbəb olan tikili artıq sökülüb.
“İcazəsiz tikinti mümkün deyil”
Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən “ReAl” partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu cür tikintilərin baş verməsi ya rəsmi icazə verilməsi, ya da göz yumulması ilə mümkündür:
“Heç bir vətəndaş belə ərazilərdə icazəsiz ev tikə bilməz. Bu ya qanuni şəkildə təsdiqlənib, ya da qeyri-rəsmi şəkildə buna imkan yaradılıb. Hər iki halda məsuliyyət dövlət qurumlarının üzərinə düşür”.
Onun sözlərinə görə, Bakıda tikintiyə nəzarət edən azı 11 qurum fəaliyyət göstərir və bu sistem elə qurulub ki, belə hallar onların diqqətindən kənarda qala bilməz:
“Əgər bu baş veribsə, deməli, yerli icra hakimiyyətlərindən tutmuş mərkəzi icra strukturlarına qədər hamının məsuliyyət payı var”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev isə qeyd edib ki, yeraltı kommunikasiya xətlərinin üzərində tikinti aparılması qanunvericiliklə qadağandır:
“Buraya içməli su xətləri, kanalizasiya kollektorları, qaz kəmərləri və digər strateji kommunikasiya xətləri daxildir. Bu obyektlərin mühafizə zonaları var və həmin zonalarda tikinti aparmaq olmaz”.
Ekspert vurğulayıb ki, belə hallarda əsas məsuliyyət torpağı satan və həmin əraziyə sənəd verən qurumların üzərinə düşür:
“Eyni zamanda vətəndaşlar da torpaq alarkən diqqətli olmalıdır. Ərazinin altında hansı kommunikasiya xətlərinin keçdiyini araşdırmadan tikintiyə başlamaq ciddi riskdir”.
Mütəxəssislərin fikirləri onu göstərir ki, məsələ təkcə ayrı-ayrı evlərin sökülməsi ilə bitmir. Problem sistem xarakterlidir. Bir tərəfdən nəzarət mexanizmlərinin zəifliyi, digər tərəfdən isə vətəndaşların məlumatlılığının aşağı olması bu cür riskli tikintilərin artmasına şərait yaradır.
Hazırda əsas sual isə açıq qalır: bu tikintilərə illərlə göz yuman və ya icazə verən qurumların rəhbərləri məsuliyyətə cəlb olunacaqmı?Bakupost.az
22:37 / 15 İyun 2026
4
22:27 / 15 İyun 2026
28
22:12 / 15 İyun 2026
42
22:06 / 15 İyun 2026
50
21:00 / 15 İyun 2026
75
20:54 / 15 İyun 2026
56
20:44 / 15 İyun 2026
61
20:19 / 15 İyun 2026
279
20:01 / 15 İyun 2026
237
19:55 / 15 İyun 2026
119
19:49 / 15 İyun 2026
218
19:43 / 15 İyun 2026
1343
19:28 / 15 İyun 2026
195
19:20 / 15 İyun 2026
147
19:13 / 15 İyun 2026
101
18:50 / 15 İyun 2026
92
18:41 / 15 İyun 2026
159
18:39 / 15 İyun 2026
116
18:16 / 15 İyun 2026
405
18:15 / 15 İyun 2026
150
18:06 / 15 İyun 2026
106
17:59 / 15 İyun 2026
105
17:58 / 15 İyun 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.