Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1007
07.04.2026, 19:38
Aprelin 8-də Bakı vaxtı ilə saat 04:00-da ABŞ-nin İrana verdiyi vaxt sona çatır. Belə ki, İran razılığa gəlməsə ABŞ və İsrail bu ölkənin bütün atom elektrik stansiyalarını, körpüləri və İran razılığa gəlməsə digər infrastrukturunu vuracaq.
Son məlumatlara görə, artıq İranda əhaliyə radiasiya əleyhinə yod tabletlərinin paylanılmasına başlanılıb.
Bəs radiasiya ehtimalı nə dərəcə yüksəkdir?
Oxu24.com mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev dedi ki, atom-elektrik stansiyaları və nüvə tədqiqat mərkəzləri müharibənin ilk günlərindən bir neçə dəfə atəşə tutulub və bu proseslər hələ də səngiməyib:
"Yəni, yaxın iki gün əvvəl yenə də İsfahana, həmin nüvə tədqiqatları mərkəzinə böyük zərbələr endirilib. Görünən odur ki, ABŞ həmin nüvə mərkəzlərini istifadəyə yararsız hala gətirməyə çalışır, amma nüvə sızıntısı ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Lakin ABŞ-nin hədəfi bu nüvə ehtiyatlarını radioaktiv sızmalara gətirib çıxaracaq fəaliyyətlər deyil. Onların əsas məqsədi bu mərkəzləri işlək vəziyyətdə saxlanıla bilməyəcək hala gətirməkdir. Məsələn, görürsünüzsə, Fordo artıq hədəfə alınmır. Daha çox İsfahana zərbələr endirilir, ara-sıra da Buşehr və Nətənzə hücumlar həyata keçirilir. Bu o deməkdir ki, Fordo artıq fəaliyyətini dondurub, orada iş getmir. Hər bir halda risklər mövcuddur, lakin bu risklər kifayət qədər aşağı səviyyədədir. Bu gün əsasən əhaliyə yod və digər vasitələrin paylanılması, həmin tabletlərin verilməsi daha çox ABŞ-nin və İsrailin xəbərdarlıqları ilə bağlıdır. Bildiyiniz kimi, on günlük bir müddət İrana ABŞ-nin tələblərinin qəbul edilməsi üçün müsbət addım atması məqsədilə verilib, lakin bu baş verməyib. Ona görə də bu gündən etibarən dəmiryol stansiyaları, körpülər, elektrik təchizatı ilə məşğul olan obyektlər, həmçinin SEPAH-a aid obyektlər hədəf götürülür və intensivlik artacaq. Yəqin ki, bu gecədən başlayaraq daha sərt və daha intensiv zərbələr izlənəcək. Artıq Xarq adasında, cəmi 20 kvadrat kilometrlik ərazidə bir saat ərzində 50 zərbə endirilib. Bütün bunlar göstərir ki, İran üçün bu proses kifayət qədər çətin və mürəkkəb mərhələyə daxil olur və bunun qarşısını almaq asan deyil".
16:25 / 12 Noyabr 2026
21
16:21 / 12 Noyabr 2026
32
15:55 / 12 Noyabr 2026
68
15:36 / 12 Noyabr 2026
278
15:15 / 12 Noyabr 2026
55
15:12 / 12 Noyabr 2026
74
14:15 / 12 Noyabr 2026
127
14:04 / 12 Noyabr 2026
343
13:59 / 12 Noyabr 2026
300
13:55 / 12 Noyabr 2026
114
13:45 / 12 Noyabr 2026
207
13:36 / 12 Noyabr 2026
263
13:29 / 12 Noyabr 2026
124
13:21 / 12 Noyabr 2026
146
13:20 / 12 Noyabr 2026
169
13:18 / 12 Noyabr 2026
520
13:16 / 12 Noyabr 2026
168
13:07 / 12 Noyabr 2026
459
13:04 / 12 Noyabr 2026
114
13:00 / 12 Noyabr 2026
130
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.