Paşinyandan Köçəryana: "Meydana çıxın, görüm neçə nəfərsiniz”
17 İyun 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
671
07.04.2026, 22:49
Son həftələrdə Ermənistanda siyasi ritorika, xüsusilə müharibə mövzusu nəzərəçarpacaq dərəcədə güclənib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, əgər Rusiyapərəst müxalifət hakimiyyətə gəlsə, Azərbaycanla yeni müharibə qaçılmaz olacaq. Paşinyan hətta bunu ehtimal deyil, “real təhlükə” adlandırıb.
Oxu24.com xəbər verir ki Eyni zamanda, Paşinyanın əleyhdarları iddia edirlər ki, Paşinyan hakimiyyətdə qalsa, Rusiya ilə münasibətlər gərginləşə bilər. “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri düşmənçilik həddinə çatdırmaqda günahlandırıb. O, Rusiyanın “səbr kasası”nın dolduğunu xatırladıb. “Paşinyan hakimiyyətdən getməsə, Rusiya Ermənistan iqtisadiyyatını çökdürəcək”, - Karapetyan deyib.
Bir sözlə, hər iki tərəf cəmiyyəti mümkün müharibə təhlükəsi ilə qorxudaraq siyasi mövqelərini möhkəmləndirməyə çalışır.
Analitiklər hesab edir ki, bu ritorikanın güclənməsinin arxasında yaxınlaşan seçkilər dayanır. İki ay sonra Ermənistanda parlament seçkiləri keçiriləcək və hakimiyyət, eləcə də müxalifət, seçici bazasını konsolidə etmək və narazı kütlələri öz tərəflərinə çəkmək üçün müharibə xofundan istifadə edir. Siyasi şərhçilər vurğulayır ki, bu taktika cəmiyyətdə qlobal təhlükə imici yaradaraq seçicilərin təhlükəsizlik məsələsində daha emosional qərarlar verməsinə təsir edə bilər.
Bəs müharibə təhlükəsi nə dərəcədə realdır? Ekspertlər bildirirlər ki, hazırda açıq hərbi əməliyyat ehtimalı aşağıdır, çünki tərəflər həm daxili, həm də beynəlxalq təzyiqləri nəzərə alırlar. Əsas təhlükə seçkilərdən sonra siyasi qeyri-müəyyənlik və radikal qərarların qəbul edilməsi ilə bağlıdır. Hələlik isə görünən odur ki, müharibə ritorikası təkcə qorxutmaq məqsədi daşımır, həm də seçki strategiyası və regional siyasətdə manevr vasitəsi kimi də istifadə olunur.
20:34 / 17 İyun 2026
18
20:23 / 17 İyun 2026
30
20:17 / 17 İyun 2026
55
19:54 / 17 İyun 2026
57
19:34 / 17 İyun 2026
81
19:29 / 17 İyun 2026
84
19:12 / 17 İyun 2026
127
18:53 / 17 İyun 2026
100
18:47 / 17 İyun 2026
67
18:29 / 17 İyun 2026
109
18:16 / 17 İyun 2026
105
18:10 / 17 İyun 2026
218
18:07 / 17 İyun 2026
173
17:57 / 17 İyun 2026
173
17:56 / 17 İyun 2026
77
17:48 / 17 İyun 2026
73
17:40 / 17 İyun 2026
72
17:33 / 17 İyun 2026
76
17:30 / 17 İyun 2026
94
17:28 / 17 İyun 2026
96
17:23 / 17 İyun 2026
100
17:22 / 17 İyun 2026
88
17:17 / 17 İyun 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.