Abbas Əraqçidən şok açıqlama: Bölgəni tərk edin
10 İyun 2026, 01:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
636
07.04.2026, 21:29
ABŞ prezidenti Donald Trampın təslim olmaq üçün İrana verdiyi vaxt bu gün saat 20.00-da başa çatır. İran hakimiyyəti Trampın tələblərini qəbul etməyib. Artıq bir neçə saatdır ABŞ və İsrailin Xarq adasında İranın mühüm strateji obyektlərinə şiddətli bombardman həyata keçirdiyi xəbərləri yayılıb.
Oxu24.com bildirir ki, bunun ardınca isə Tramp az öncə sosial media paylaşımında daha dəhşətli senarinin anonsu sayılan xəbərdarlıq edib: “Bu gecə bütün bir sivilizasiya məhv olacaq, heç vaxt yenidən doğulmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək. Lakin indi tam və tam rejim dəyişikliyi baş verdiyindən, digər, daha ağıllı, daha az radikal ağıllar üstünlük təşkil etdiyi zaman bəlkə də inqilabi və gözəl bir şey baş verəcək. KİM BİLİR? Bunu bu gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən vacib anlarından birində biləcəyik. 47 illik şantaj, korrupsiya və ölüm nəhayət ki, sona çatacaq. Tanrı böyük İran millətinə xeyir versin!”.
ABŞ prezidentinin bu sözləri taktiki nüvə silahının işlədilməsi variantının reallaşmasının anonsu sayıla bilərmi? Taktiki nüvə silahının işlədilməsinin İrana hansı təsirləri ola bilər? İranın taleyi bu gecə birdəfəlik həll olunacaqmı?
"Alyans" Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Tram taktiki nüvə silahından istifadə etməyə cəsarət etməyəcək, başqa ağır silahlardan istifadə edəcək: “Əgər onun dediyi kimi söhbət bir sivilizasiyanın mıhv edilməsindən gedirsə bunun üçün taktiki nüvə silahı kifayət eləməz, daha böyük öldürücü gücə malik olan strateji bombalardan istifadə eləmək lazımdır. Ancaq mən belə düşünürəm ki, Tramp həm ABŞ-dəki, həm dübyadakı ictimai rəyi nəzərə alıb taktiki nüvə silahından istifadə etməyəcək. Lakin daha böyük dağıdıcı bunker bombalarından, başqa ən müasir raketlərdən istifadə edərək İranın strateji obyektlərini bu gecə sıradan çıxarmağa çalışacaq. Bunu da bir sivilizasiyanın məhvi kimi qələmə verəcək və ealn edəcək ki, məsələni həll etdi, öz məqsədinə çatdıq. Bu gecə İranın mühüm strateji elektrik stansiyalarını və digər həyati əhəmiyyətli obyektləri sıradan çıxarıla bilər. Ancaq bu, İranda rejimin dəyişməsi olmayacaq”.
Ekspertin sözlərinə görə, əgər Tramp taktiki nüvə silahlarından istifadə etmək qərarına gələrsə bunun üçün çox böyük sayda taktiki nüvə silahlarına ehtiyac var: “Məlumdur ki, ABŞ-nin cəmi 200 taktik nüvə silahı var və onun 50-si Türkiyədədir. Onu da nəzərə alsaq ki, taktiki nüvə silahlarının təsir gücü təxminən 1-2 kvadrat kilometr sahəni əhatə edir, 1,6 milyon kvadrat km. sahəsi olan İrana nə qədər taktiki nüvə silahı atılmalıdır ki, Tramp öz məqsədinə çata bilsin. Hətta bütün mövcud 200 arsenalını İrana atsa bu təxminən 400 kv.km. sahədə təsiri olacaq”.
01:04 / 10 İyun 2026
133
00:24 / 10 İyun 2026
160
00:01 / 10 İyun 2026
125
23:52 / 09 İyun 2026
150
23:36 / 09 İyun 2026
256
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
126
23:15 / 09 İyun 2026
123
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
173
22:59 / 09 İyun 2026
260
22:52 / 09 İyun 2026
457
22:41 / 09 İyun 2026
126
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
133
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
157
21:01 / 09 İyun 2026
117
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
146
20:27 / 09 İyun 2026
140
20:10 / 09 İyun 2026
1305
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.