Gəncədə 41 yaşlı şəxs kəsici alətdən xəsarət alıb
02 Aprel 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
102
02.04.2026, 20:12
Bu ilin mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata əsasən bu göstərici fevralın 1-i ilə müqayisədə 0,8 % çoxdur.
Xatırladaq ki, cari ilin fevral ayının 1-nə bu məbləğ 557,5 milyon manat olub.
Oxu24.com xəbər verir ki, iqtisadçı Xalid Kərimli Musavat.com-a şərhində problemli kreditlərin faiz etibarilə səviyyəsinin artmasına baxmayaraq, ümumi portfelə nisbətdə aşağı olaraq qaldığını, yəni, 3 faizdən aşağı olduğunu bildirib:
“İlin əvvəlindən bu məbləğ 7.15 faiz artıb, amma işlək kreditlərin ümumi kredit portfelinə nisbətində əhəmiyyətli dəyişiklik yoxdur. Son on iki ayda bu nisbət 2.5-2.8 arasında dəyişir. Biznes kreditlərində 3 faiz, istehlak kreditlərində 3.3 faiz, ipoteka kreditlərində isə 0.7 faizdir. Yəni, vəziyyət qorxulu deyil. Lakin problemli kreditlərin məbləğinin artması təhlükəli olmasa da yaxşı hal deyil. Bunun müxtəlif səbəbləri var-inflyasiya, əhalinin nominal gəlirlərinin artımının inflyasiyadan çox da üstün olmaması-cəmi 1.4 faizlik artım olub, faiz dərəcələrinin sürətli artımı-son 2-3 ildə müxtəlif kredit növləri üzrə faiz dərəcələri 25-30 faiz artıb, yəni orta faiz dərəcələrində artım var. Buna baxmayaraq, narahatedici məqam yoxdur”.
İqtisadçı əlavə edib ki, daha çox kredit verildiyi üçün problemli kreditlərin məbləği də artır. X.Kərimlinin sözlərinə görə, ümumi kredit portfelində il üzrə 15-18 faizlik artım müşahidə olunur.
Həmçinin oxuyun
23:59 / 02 Aprel 2026
1
23:54 / 02 Aprel 2026
11
23:53 / 02 Aprel 2026
19
23:42 / 02 Aprel 2026
217
23:40 / 02 Aprel 2026
152
23:29 / 02 Aprel 2026
559
23:25 / 02 Aprel 2026
32
23:20 / 02 Aprel 2026
30
23:13 / 02 Aprel 2026
166
23:06 / 02 Aprel 2026
44
23:05 / 02 Aprel 2026
125
23:04 / 02 Aprel 2026
39
23:02 / 02 Aprel 2026
38
22:49 / 02 Aprel 2026
247
22:25 / 02 Aprel 2026
151
22:17 / 02 Aprel 2026
135
22:04 / 02 Aprel 2026
153
21:46 / 02 Aprel 2026
57
21:17 / 02 Aprel 2026
66
21:01 / 02 Aprel 2026
168
20:45 / 02 Aprel 2026
71
20:34 / 02 Aprel 2026
189
19:59 / 02 Aprel 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.