Sürücülərin diqqətinə! Bu yol açıldı
12 Noyabr 2026, 19:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1624
02.04.2026, 13:53
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Oxu24.com xəbər verir ki, bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) birgə bəyanatında əksini tapıb.
Bildirililib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Qeyd edək ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür. Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik. Belə hallarla qarşılaşan şəxslərdən isə dərhal qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur", - məlumatda bildirilib.

19:09 / 12 Noyabr 2026
8
19:03 / 12 Noyabr 2026
32
18:58 / 12 Noyabr 2026
40
18:50 / 12 Noyabr 2026
55
18:42 / 12 Noyabr 2026
433
18:40 / 12 Noyabr 2026
58
18:32 / 12 Noyabr 2026
225
18:28 / 12 Noyabr 2026
63
18:26 / 12 Noyabr 2026
82
18:16 / 12 Noyabr 2026
96
18:15 / 12 Noyabr 2026
84
18:07 / 12 Noyabr 2026
89
17:53 / 12 Noyabr 2026
86
17:19 / 12 Noyabr 2026
98
16:25 / 12 Noyabr 2026
106
16:21 / 12 Noyabr 2026
120
15:55 / 12 Noyabr 2026
126
15:36 / 12 Noyabr 2026
555
15:15 / 12 Noyabr 2026
196
15:12 / 12 Noyabr 2026
118
14:15 / 12 Noyabr 2026
192
14:04 / 12 Noyabr 2026
530
13:59 / 12 Noyabr 2026
414
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.