Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
649
02.04.2026, 23:25
Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslər üçün müəyyən hüquqi məhdudiyyətlər mövcuddur. Mövzu ilə bağlı Vəkil Esmira Rzayeva Oxu24.com saytına bildirir ki, bu qaydalar uşaqların təhlükəsizliyini və sağlam ailə mühitində böyüməsini təmin etmək məqsədi daşıyır.
Onun sözlərinə görə, bir sıra şəxslər qanunvericiliyə əsasən övladlığa uşaq götürə bilməzlər.
Belə ki, ağır və ya xüsusilə ağır cinayətlər törətdiyinə görə məhkum olunmuş şəxslər bu hüquqdan məhrum edilir. Eyni zamanda, ağır psixi və ya təhlükəli infeksion xəstəliklərdən əziyyət çəkən şəxslərin də övladlığa uşaq götürməsi mümkün deyil.
Qanunla fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər də övladlığa götürmə prosesində iştirak edə bilməzlər. Bundan əlavə, uşağın saxlanılması və tərbiyəsi üçün yetərli maddi imkanı olmayan şəxslərin müraciətləri qəbul edilmir.
Valideynlik hüququndan məhrum edilmiş, uşaq hüquqlarını pozmuş və ya əvvəllər övladlığa götürdüyü uşağı qanunsuz olaraq geri qaytarmış şəxslərə də bu hüquq verilmir.
Bundan başqa, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslər övladlığa uşaq götürə bilməzlər. Nikah məsələsinə gəldikdə isə, bəzi hallarda rəsmi nikahda olmayan şəxslər üçün məhdudiyyətlər tətbiq olunsa da, müəyyən istisnalar mümkündür.
Vəkil qeyd edir ki, övladlığa götürmə prosesi zamanı bütün namizədlər ciddi yoxlamadan keçirilir və qərarlar yalnız uşağın mənafeyi nəzərə alınaraq qəbul edilir.
18:42 / 12 Noyabr 2026
20
18:40 / 12 Noyabr 2026
21
18:32 / 12 Noyabr 2026
138
18:28 / 12 Noyabr 2026
38
18:26 / 12 Noyabr 2026
64
18:16 / 12 Noyabr 2026
72
18:15 / 12 Noyabr 2026
63
18:07 / 12 Noyabr 2026
66
17:53 / 12 Noyabr 2026
75
17:19 / 12 Noyabr 2026
85
16:25 / 12 Noyabr 2026
95
16:21 / 12 Noyabr 2026
115
15:55 / 12 Noyabr 2026
109
15:36 / 12 Noyabr 2026
520
15:15 / 12 Noyabr 2026
187
15:12 / 12 Noyabr 2026
109
14:15 / 12 Noyabr 2026
190
14:04 / 12 Noyabr 2026
506
13:59 / 12 Noyabr 2026
403
13:55 / 12 Noyabr 2026
132
13:45 / 12 Noyabr 2026
257
13:36 / 12 Noyabr 2026
375
13:29 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.