Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! Aldanmamaq üçün bunları mütləq BİLMƏLİSİNİZ
02 Aprel 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
153
02.04.2026, 21:01
2026-2027-ci təhsil ilindən etibarən ali təhsil müəssisələrinin ödənişli ixtisaslarında təhsil haqlarının artırılacağı ilə bağlı xəbərlər yayılır. Sosial şəbəkələrdə yayılan məlumatlar tələbələri və onların valideynlərini əndişələndirib. İddialara görə, artımlar yeni qəbul olan tələbələrlə yanaşı, hazırda təhsil alanlara da tətbiq ediləcək. Həmçinin, artımların həm özəl, həm dövlət universitetlərində baş verəcəyi bildirilir.
Artıq müxtəlif universitetlərdə bununla bağlı hazırlıq görülür. Bundan başqa universitetlərin büdcələrinin azaldılacağı ilə bağlı məlumatlar da var.
Oxu24.com xəbər verir ki bu iddialarla bağlı Bakupost.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, təhsil müəssisələrimiz təhsil haqlarını qaldırmaq məcburiyyətindədirlər.
“Demirəm ki, belə olmalıdır və qanuna uyğundur. Sadəcə bəzi detallar var ki, universitetlər bu istiqamətdə təhsil haqlarını qaldırmağa məcburdurlar. Onları qətiyyən müdafiə etmək istəmirəm. Əksinə, bu, mənfi qərardır. Çünki universitet xaricdəki təhsil ocaqlarından fərqli olaraq özünün gəlir mexanizmini qura bilməyib. Elm, sənaye və innovasiya üçlüyü, bunun nəticəsində elmdə uğurlu biznes formulu çox təəssüf olsun ki, bizim yerli ali məktəblərimizdə hələ ki, istənilən səviyyədə getmir. Büdcə amili məhz bu prinsiplə formalaşa bilir. Bizdə isə yalnız universitetin daxili büdcəsi, xərc adına olan nə varsa, yalnız ödənişli əsaslarla təhsil alan tələbələrin hesabına formalaşır. Bir neçə universitet rəhbərliyi ilə söhbət zamanı bu barədə məsələyə toxunduq. Universitet rəhbərləri elə danışdılar ki, az qala həmin universitetlərə yazığımız gəldi. Bütün xərclərin tələbələrin illik təhsil haqqı hesabı ilə qarşılanması vəziyyəti qəlizləşdirir. Xərclər artdıqca universitetlər də məcbur olur ki, illik təhsil haqlarını da artırsın. Burada isə əziyyət çəkən tələbələr və onların valideynləri olur”.
Qərarın dövlət sifarişli yerlərin, yəni pulsuz təhsil alanların sayına təsiri ilə bağlı danışan təhsil eksperti bildirib ki, bu məsələlər bir-biri ilə toqquşmur:
“Çünki universitetlərə ixtisaslar üzrə ayrılan plan yerləri əmək bazarına bağlı aparılan geniş miqyaslı araşdırmalar nəticəsində müəyyənləşir. Düzdür, plan yerlərini universitetlər özləri təqdim edir. Amma istər dövlət sifarişli, istərsə də ödənişli əsaslarla ayrılan plan yerləri universitetlərin qərarları ilə məhdudlaşmayan çox ciddi mexanizmdir. Məsələn dövlət hesablayır ki, 4 ildən sonra komputer mühəndisliyi ixtisası üzrə bu qədər kadr lazım olacaq və plan həmin ixtisası tədris edən universitetlər arasında bölünür. Təbii ki, bu universitetin özünün təqdim etdiyi yerlərdən çox asılıdır. Dövlət sifarişli plan yerlərinin artırılması və azaldılması universitetlərdən asılı olmadığına görə düşünürəm ki, bu, pullu ixtisaslara heç bir təsir etməyəcək”.
Yeni qiymət artımının tələbələrin təhsil imkanlarına necə təsir edəcəyi ilə bağlı danışan ekspert qeyd edib ki, reallığa, qanunauyğunluğa baxanda müsbət təsir etməlidir:
“Çünki illik təhsil haqqı artırsa, deməli, universitet bəzi zəruri xərclərini tez ödəməli, imkanlarını gücləndirməlidir. Amma bu barədə birmənalı danışmaq absurd olar. Hər bir halda, fərqi yoxdur istər özəl, istər dövlət universitetləri xərcləri optimallaşdırmaq, imkanlara görə hərəkət etmək və bunun müqabilində daha verimli işlər görməkdə maraqlıdırlar. Çünki dünyada, xüsusən də ali təhsildəki tələblərə uyğun olaraq texnologiyanın, süni intellektin açdığı yeni imkanlar, onun bəzi istiqamətlərini də artırmış olur. Əvvəllər universitetlərə 1 laboratoriya, İT avadanlıqları kifayət idisə, indi yeni tələbatla bunu 5 dəfə artırmaq lazım olur. Və bu, təhsil imkanlarına da təsir göstərməlidir”.
Həmçinin oxuyun
23:06 / 02 Aprel 2026
1
23:04 / 02 Aprel 2026
10
23:02 / 02 Aprel 2026
11
22:49 / 02 Aprel 2026
32
22:25 / 02 Aprel 2026
114
22:17 / 02 Aprel 2026
35
22:04 / 02 Aprel 2026
43
21:46 / 02 Aprel 2026
39
21:29 / 02 Aprel 2026
126
21:17 / 02 Aprel 2026
51
20:45 / 02 Aprel 2026
57
20:34 / 02 Aprel 2026
173
20:12 / 02 Aprel 2026
90
19:59 / 02 Aprel 2026
90
19:45 / 02 Aprel 2026
86
19:35 / 02 Aprel 2026
159
19:19 / 02 Aprel 2026
143
19:09 / 02 Aprel 2026
128
18:59 / 02 Aprel 2026
78
18:44 / 02 Aprel 2026
74
18:31 / 02 Aprel 2026
75
18:20 / 02 Aprel 2026
73
18:10 / 02 Aprel 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.