Qaynar xətt:

(+99450) 247 90 86

Mədəniyyət müəssisələrinə qəbulun nəticələri açıqlandı 

Mədəniyyət müəssisələrinə qəbulun nəticələri açıqlandı 

CƏMİYYƏT

133

01.04.2026, 22:40

Naxçıvanda mədəniyyət müəssisələri üzrə cari il fevralın 3-də elan olunmuş müsabiqə çərçivəsində ümumilikdə 266 vakant vəzifə üzrə 315 namizəd qeydiyyata alınıb.

 Oxu24.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən bildirilib.

Belə ki, seçim prosesinin növbəti mərhələsində - martın 4–13-də keçirilən müsahibədə 146 nəfər uğur qazanıb. Onlardan 95-i müvafiq vəzifələrə təyin olunub, 51 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib./publika.az