Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə
01 Aprel 2026, 23:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
97
01.04.2026, 21:36
Azərbaycanda bu günlərdə bir çox valideynlərin həssas mövzusu qəbul imtahanlarıdır.Bu həm abituriyentlər, həm valideynlər üçün əhəmiyyətli dərəcədə vacib məsələdir.Belə bir dönəmdə gənclərin bilik və bacarıqları qədər onların psixoloji durumlarına da önəm verilməlidir.Ümumilikdə cəmiyyətdə abituriyentlərin uğurlarının,sınaq imtahanlarında qazandıqları balların müqayisəsi gələcəkdə onların əsas qəbul imtahanlarına birmənalı təsir etmir.Hər bir yeniyetmənin öyrənmək qabiliyyəti və tempi fərqlidir.
Bu məsələ ilə bağlı Oxu24.com -a danışan psixoloq Aysu Həsənova, bildirib ki, abituriyentlərin imtahan öncəsi psixoloji vəziyyəti çoxqatlı və bəzən görünəndən daha mürəkkəb olur.
Xüsusilə birinci mərhələni verib ikinci mərhələyə hazırlaşan gənclərdə həm ümid, həm də daxili gərginlik paralel şəkildə mövcuddur. Onlar bir tərəfdən artıq yarısını keçdim düşüncəsi ilə motivasiya olurlar, digər tərəfdən isə "bəs birdən ikinci mərhələdə istədiyim nəticəni əldə etməsəm?"qorxusu ilə üz-üzə qalırlar.
"Bu, insanın beynində davamlı bir təhlükə siqnalı yaradır və nəticədə yorğunluq, diqqət dağınıqlığı, hətta bəzən özünə inamsızlıq ortaya çıxır.Cəmiyyət və ailə tərəfindən olan təzyiq isə çox vaxt açıq formada deyil, daha incə və psixoloji təsir gücü yüksək olan formada özünü göstərir. Məsələn, valideynin “biz sənə inanırıq” deməsi belə bəzən uşaq tərəfindən mən mütləq yüksək nəticə göstərməliyəm kimi qəbul olunur. Yəni dəstək kimi deyilən söz belə, daxilən yükə çevrilə bilir. Digər tərəfdən, qohumlar arasında edilən müqayisələr məsələn,filankəsin uşağı bu qədər bal topladı kimi ifadələr gəncin öz dəyərini nəticə ilə ölçməsinə səbəb olur. Bu isə çox təhlükəli bir psixoloji mexanizmdir, çünki uşaq düşünür ki, əgər mən uğur qazanmasam, mən kifayət qədər yaxşı deyiləm.Abituriyentlər arasında olan rəqabət də bəzən sağlam sərhədləri aşır. Sağlam rəqabət insanı inkişaf etdirə bilər, amma davamlı müqayisə mühitində böyüyən gənc artıq başqasını keçmək üçün oxuyur, özünü inkişaf etdirmək üçün yox. Bu zaman öyrənmə prosesi maraqdan yox, qorxudan qaynaqlanır".
Psixoloq Aysun Həsənovanın fikrincə maraqlı məqamlardan biri də odur ki, qorxu ilə öyrənilən məlumatlar daha tez unudulur. Yəni yüksək nəticə üçün edilən bu psixoloji təzyiq əslində əks təsir yarada bilir.
Həmçinin oxuyun
"Araşdırmalar göstərir ki, imtahan dövründə gənclərdə ən çox rast gəlinən vəziyyətlərdən biri zehni yorğunluqdur. Bu sadəcə fiziki yorğunluq deyil. Uşaq oturur, kitab açır, amma beynində eyni fikirlər dolaşır: çatdıracam?,yetərincə yaxşıyam?,başqaları məndən öndədir. Bu düşüncələr o qədər yer tutur ki, artıq yeni məlumat qəbul etmək çətinləşir.Burada çox vacib, amma az danışılan bir məqam var. Abituriyentlər əslində imtahandan çox, imtahanın nəticəsindən sonra dəyişəcək münasibətlərdən qorxurlar. Yəni valideynim mənə necə baxacaq?,Ətrafım nə deyəcək?sualları onların stressini daha da artırır. Bu, insanın sosial qəbul olunma ehtiyacı ilə bağlıdır və xüsusilə bizim kimi kollektiv düşüncənin güclü olduğu cəmiyyətlərdə daha qabarıq hiss olunur.Valideynlərə tövsiyə olaraq demək istərdim ki, bu dövrdə ən böyük dəstək nəticəyə fokuslanmaq yox, prosesə fokuslanmaqdır. Uşağa neçə bal toplayacaqsan? sualını vermək əvəzinə, bu gün nələr etdin ,hansı mövzulara çalışa bildin və günün necə keçdi?sualını vermək daha sağlam yanaşmadır. Çünki nəticə hər zaman tam bizim nəzarətimizdə olmur, amma proses bizim əlimizdədir.Digər bir vacib məqam isə emosional təhlükəsizlik hissidir. Uşaq bilməlidir ki, nəticə necə olursa olsun, o, ailəsi tərəfindən qəbul olunur və dəyərlidir. Əgər bu hiss varsa, uşaq daha sakit və daha fokuslu şəkildə hazırlaşa bilir. Əks halda isə o, səhv etməkdən o qədər qorxur ki, potensialını tam istifadə edə bilmir.Həmçinin valideynlər bəzən motivasiya vermək istəyərkən əks təsir yaradırlar. Məsələn,indi oxumasan, sonra peşman olacaqsan kimi cümlələr uşağı hərəkətə gətirmək əvəzinə, onda qorxu və qaçınma davranışı yaradır. Bunun əvəzinə daha real və dəstəkləyici üslub seçilməlidir-sən çalışırsan və bu kifayət qədər dəyərlidir.İmtahan həyatın yalnız bir mərhələsidir, həyatın özü deyil. Bu mərhələdə əldə olunan nəticə insanın bütün potensialını və gələcəyini müəyyən etmir. Gənclərə də, valideynlərə də bunu xatırlatmaq vacibdir. Çünki psixoloji sağlamlıq olmadan heç bir uğurun davamlı olması mümkün deyil",-deyə o bildirib.
Hazırladı: Aysel
23:15 / 01 Aprel 2026
5
23:04 / 01 Aprel 2026
29
22:55 / 01 Aprel 2026
38
22:40 / 01 Aprel 2026
37
22:30 / 01 Aprel 2026
48
22:14 / 01 Aprel 2026
54
22:08 / 01 Aprel 2026
123
21:54 / 01 Aprel 2026
99
21:39 / 01 Aprel 2026
138
21:35 / 01 Aprel 2026
55
21:29 / 01 Aprel 2026
67
21:24 / 01 Aprel 2026
152
21:20 / 01 Aprel 2026
45
21:17 / 01 Aprel 2026
53
21:14 / 01 Aprel 2026
57
21:11 / 01 Aprel 2026
62
21:10 / 01 Aprel 2026
50
21:06 / 01 Aprel 2026
49
20:59 / 01 Aprel 2026
52
20:55 / 01 Aprel 2026
48
20:50 / 01 Aprel 2026
53
20:48 / 01 Aprel 2026
60
20:43 / 01 Aprel 2026
1463
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.