Bakını hədələyən iranlı deputata sərt cavab: “3-4 saata yox olmaq qorxusu öz ölkənizdədir"
10 İyun 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
638
01.04.2026, 22:14
Rəşad Bayramov: “Bu, daha çox geosiyasi narahatlıq və potensial riskləri dramatik dildə ifadə etmək kimi qəbul edilməlidir”
“Üçüncü Dünya müharibəsinə doğru gedirik”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, bəzi adamlar baş verənləri belə adlandırır: “Ola bilsin ki, biz Üçüncü Dünya Müharibəsinə doğru gedirik. Hazırda şahidi olduğumuz hadisələr daha genişmiqyaslı münaqişəyə çevrilmə əlamətlərinə malikdir və bəziləri artıq bunu Üçüncü Dünya müharibəsi adlandırıb. İndiki hadisələr qlobal nizamın daha çox dağılmasına bənzəyir”.
Lavrov onu da qeyd edib ki, yeni dünya düzənində liderlik mövqeləri uğrunda mübarizə son dərəcə ciddidir. O, bu prosesi ölüm-dirim müharibəsi adlandırıb: “Biz bunu demək olar ki, hər gün görürük. Sadə dillə desək, bəzi ölkələr sahil xətlərini itiriblər və planları üçün heç bir hüquqi əsas təqdim etmədən artıq müəyyən ərazilərə olan iddialarını açıq şəkildə bəyan edirlər”.
Maraqlıdır, Lavrovun səsləndirdiyi bu fikirlər reallıqla nə dərəcədə uzlaşır?
Oxu24.com bildirir ki sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Lavrovun bu bəyanatı əslində, həm geosiyasi mesaj, həm də daxili və beynəlxalq auditoriya üçün strateji kommunikasiya elementləridir: “Lavrov bu sözləri deyərkən əsasən Rusiyanın qlobal liderlik mövqeyini qorumaq niyyətini, həmçinin qlobal nizama qarşı olan təhdidləri vurğulayır. Bu cür ritorikadan beynəlxalq siyasətdə psixoloji təzyiq və diplomatik xəbərdarlıq vasitəsi kimi istifadə olunur. Reallıq baxımından vəziyyət bir qədər daha mürəkkəbdir. Hələlik, dünya səviyyəsində bütün əsas dövlətlərin birbaşa qarşılıqlı hərbi toqquşması, yəni klassik mənada “Üçüncü Dünya müharibəsi” səviyyəsində bir konflikt baş verməyib. Lakin Lavrovun işarə etdiyi məqam, yəni regionlarda hərbi eskalasiya, qlobal enerji və iqtisadi blokadalar, və müxtəlif ölkələrin “maraqlar uğrunda” daha açıq rəqabət aparması həqiqətən də qlobal stabilliyi zədələyən amillərdir. Misal üçün, Rusiya-Ukrayna müharibəsi artıq sadə regional qarşıdurma deyil. Bu müharibə ABŞ, NATO, Avropa İttifaqı, Çin və digər böyük güclərin maraqları ilə birbaşa bağlıdır və qlobal geosiyasi balansı dəyişdirməyə potensial malikdir”.
R.Bayramovun fikrincə, Lavrovun “sahil xətlərinin itirilməsi və hüquqi əsas olmadan ərazi iddiaları” barədə fikirləri də qismən reallığa uyğundur: “Amma burada nəzərdə tutulan iddialar adətən mübahisəli və regional səviyyədə spesifikdir. Məsələn, Baltik dənizi, Qara dəniz, Cənubi Çin dənizi kimi strateji ərazilərdəki suverenlik və sərhəd mübahisələri. Bu iddialar birbaşa hərbi münaqişəyə gətirib çıxarmasa da, gərginliyi artırır və regional sabitliyə mənfi təsir göstərir. Digər tərəfdən isə bəzi ölkələrin heç bir hüquqi əsas təqdim etmədən müəyyən ərazilərə olan iddialarını açıq şəkildə bəyan etməsi ilk növbədə elə Rusiyanın özünə aiddir. İstər Ukrayna, istərsə də post-sovet məkanı ilə bağlı oxşar iddialar ən çox elə rəsmi Kreml tərəfindən səsləndirilir. Lavrovun ritorikasında əsas vurğu həm də qlobal nizamın dəyişkənliyi və çoxqütblü dünyanın formalaşması üzərindədir. ABŞ, Çin, Rusiya və Avropa gücləri arasında liderlik uğrunda rəqabət, texnoloji və hərbi üstünlük mübarizəsi, enerji və ticarət yolları üzərindəki nəzarət, əslində, onun dediyi ölüm-dirim müharibəsi ifadəsini metaforik anlamda izah edir. Yəni faktiki olaraq bütün dünya hələ birbaşa qlobal müharibə vəziyyətində deyil, amma regional münaqişələr və iqtisadi-siyasi qarşıdurmalar qlobal təsir yaradır. Qısaca desək, Lavrovun sözləri tam obyektiv reallığı əks etdirmir. Düşünürəm ki, bu daha çox geosiyasi narahatlıq və potensial riskləri dramatik dildə ifadə etmək kimi qəbul edilməlidir. Onun bəyanatı faktiki olaraq həm Rusiyanın daxili auditoriyasına güc nümayişi, həm də beynəlxalq tərəflərə mesajdır. Yəni Lavrov demək istəyir ki, “biz vəziyyəti ciddi qəbul edirik və liderlik uğrunda hərəkət edirik”. Real vəziyyət isə hələ ki, qeyd olunan səviyyədə qlobal hərbi qarşıdurma səviyyəsinə çatmayıb, amma risklər artmaqda davam edir”.
01:04 / 10 İyun 2026
133
00:24 / 10 İyun 2026
160
00:01 / 10 İyun 2026
125
23:52 / 09 İyun 2026
150
23:36 / 09 İyun 2026
256
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
126
23:15 / 09 İyun 2026
123
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
173
22:59 / 09 İyun 2026
260
22:52 / 09 İyun 2026
457
22:41 / 09 İyun 2026
126
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
133
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
157
21:01 / 09 İyun 2026
117
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
146
20:27 / 09 İyun 2026
140
20:10 / 09 İyun 2026
1305
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.