Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF
12 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
750
01.04.2026, 14:58
Tanınmış azərbaycanlı rəssam Səlçuq Universitetində yüksək vəzifəyə təyinat alıb.
Oxu24.com xəbər verir ki, azərbaycanlı rəssam və memar, sənətşünas alim, professor İlham Ənvəroğlu Türkiyə Cümhuriyyətinin Konya şəhərində yerləşən məşhur Səlçuq Universitetinin incəsənət fakültəsinin dekanı vəzifəsinə təyin olunub.
İlham Ənvəroğlu 1970-ci ildə Ağcabədi şəhərində görkəmli filoloq-alim, professor, şair Ənvər Əhmədin ailəsində dünyaya gəlib.
Orta təhsilini başa vurduqdan sonra Bakıdakı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib.
1990-cı illlərin sonlarında Türkiyəyə köçən İlham Ənvəroğlu Konya şəhərindəki Səlçuk Universitetində elmi fəaliyyətə başlayıb.
O burada magistr və doktorantura təhsillərini tamamlayıb.
Uzun illər universitetdə pedaqoji və elmi-praktik fəaliyyətlə məşğul olan rəssam indiyədək 50-dən çox milli və beynəlxalq sərgidə iştirak edib. İlhamın Azərbaycanla yanaşı Türkiyənin onlarla şəhərində keçirilən çoxsaylı fərdi sərgilərində əsərləri uğurla nümayiş olunub.
İlham Ənvəroğlu 2006-cı ildə 67-ci Dövlər Rəsm və Heykəl Sərgisində, 2008-ci ildə “Kempinski Sənət Günləri” sərgisində birincilik mükafatına layiq görülüb. 2010-ci ildə Baloton-Szalon Kiçikhəcmli İşlər Bienalesində əsərləri mükafatla təltif olunub. O, UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvüdür. “Aman ovçu”, “Şaman”, “Müqəddəs səhərlər”, “Cənnət quşu” və sair məşhur əsərlərin müəllifi olan sənətkar Azərbaycan Türkiyə mədəni əlaqələrinin inkişafında mühüm rol oynayıb. Həm yaradıcılığı, həm də elmi fəaliyyəti ilə Azərbaycana şöhrət gətirən İlham Ənvəroğlu Azərbaycan Respublikasının Prezidlenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
İlham Ənvəroğlunun atası Ənvər Əhməd uzun müddət Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filalının direktoru və Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri olub. Əmiləri Əhməd Elbrus, Əbülfət Misiroğlu, Yusif Misiroğlu, Nazim Əlioğlu, müasir Azərbaycan ədəbiyyatında imzası kifayət qədər tanınmış şəxslərdir.
Miri Məcidli
19:36 / 12 Noyabr 2026
8
19:31 / 12 Noyabr 2026
19
19:19 / 12 Noyabr 2026
48
19:15 / 12 Noyabr 2026
50
19:09 / 12 Noyabr 2026
47
19:03 / 12 Noyabr 2026
54
18:58 / 12 Noyabr 2026
63
18:50 / 12 Noyabr 2026
64
18:42 / 12 Noyabr 2026
682
18:40 / 12 Noyabr 2026
67
18:32 / 12 Noyabr 2026
291
18:28 / 12 Noyabr 2026
70
18:26 / 12 Noyabr 2026
89
18:16 / 12 Noyabr 2026
104
18:15 / 12 Noyabr 2026
88
18:07 / 12 Noyabr 2026
95
17:53 / 12 Noyabr 2026
91
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
111
16:21 / 12 Noyabr 2026
128
15:55 / 12 Noyabr 2026
153
15:36 / 12 Noyabr 2026
585
15:15 / 12 Noyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.