Nazirlər Kabinetindən yeni QƏRAR
10 İyun 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
575
01.04.2026, 18:52
Hazırda Azərbaycanın rayon və şəhər icra hakimiyyəti başçılarının 64 müavini yeri boşdur.
Oxu24.com bildirir ki, “Yeni Sabah”ın araşdırmasına görə, ən çox vakant yer Bakı Şəhər İcra Hakimiyyətində və paytaxtın Xətai rayonundadır.
Ştat cədvəlinə əsasən, Bakı icra başçısının 4 müavini olmalıdır. Hazırda Eldar Əzizovun yalnız bir müavini var – Ayaz Hüseynov. Üç vəzifə isə xeyli müddətdir boşdur.
Xətainin icra başçısının da 3 müavini olmalıdır. Hazırda icra başçısı Rafiq Quliyev müavinsiz işləyir.
Ümumilikdə, vakant müavin yerləri 46 rayon və şəhəri əhatə edir. Bunlar aşağıdakılardır:
Bakı Şəhər İcra Hakimiyyəti – Üç müavin vəzifəsi vakantdır.
Xətai Rayon İcra Hakimiyyəti – icra başçısının üç müavinindən heç biri yoxdur.
Ağdam, Balakən, Bərdə, Cəlilabad, Gəncə, Xızı, İmişli, Kürdəmir, Oğuz, Zərdab, Bakı şəhərinin Nərimanov, Qaradağ, Naxçıvan Muxtar Respublikasının Şahbuz, Culfa rayonlarının hər birində icra başçısının iki müavini yeri boşdur. Bu rayonlarda icra başçılarına ümumilikdə 28 müavin təyin edilməlidir.
Beyləqan, Cəbrayıl, Şirvan, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, Göygöl, Xocavənd, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Qusar, Qubadlı, Laçın, Lerik, Masallı, Neftçala, Saatlı, Samux, Salyan, Şəki, Tərtər, Bakı şəhərinin Nəsimi, Binəqədi, Naxçıvan Muxtar Respublikasının Şərur, Kəngərli, Sədərək rayonlarının hər birində icra başçılarının bir müavini vəzifəsi vakantdır. Ümumilikdə 30 müavin.
Qeyd edək ki, qanunvericiliyə əsasən, rayon və şəhərlərdə icra başçısı müavinlərini icra başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
10:02 / 10 İyun 2026
15
09:58 / 10 İyun 2026
22
09:45 / 10 İyun 2026
42
09:43 / 10 İyun 2026
35
09:42 / 10 İyun 2026
39
09:40 / 10 İyun 2026
105
09:39 / 10 İyun 2026
46
01:04 / 10 İyun 2026
290
00:24 / 10 İyun 2026
346
00:01 / 10 İyun 2026
217
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
298
23:26 / 09 İyun 2026
156
23:23 / 09 İyun 2026
145
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
198
22:59 / 09 İyun 2026
300
22:52 / 09 İyun 2026
555
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
140
21:47 / 09 İyun 2026
152
21:29 / 09 İyun 2026
183
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.