Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
677
01.04.2026, 18:27
Son illərdə yanacaq qiymətlərinin artması fonunda sürücülər daha qənaətli alternativlərə üz tuturlar. Xüsusilə, qazla işləyən avtomobillərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu isə cəmiyyətdə yeni bir sual doğurur: qazla işləyən maşınlar təhlükəlidirmi?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, əslində bütün yanacaq növlərinin özünəməxsus riskləri mövcuddur:
Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL
“Belə demək mümkündürsə, hər bir yanacaq növünün öz təhlükələri var. Benzinlə işləyən avtomobillərin də, dizel mühərriklərinin də, qazla işləyən nəqliyyat vasitələrinin də spesifik problemləri mövcuddur. Bu təhlükələrin səviyyəsi isə birbaşa təhlükəsizlik qaydalarına əməl olunub-olunmamasından asılıdır”.
Ekspertin sözlərinə görə, qazla işləyən avtomobillərdə əsas risklər texniki nasazlıqlar və təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlıdır:
“Əgər avtomobildə qaz sistemi düzgün quraşdırılıbsa və mütəmadi texniki baxışdan keçirilirsə, ciddi riskdən söhbət gedə bilməz. Lakin qaz sızması, elektrik xətlərində nasazlıqlar və ya keyfiyyətsiz avadanlıq istifadə edildikdə təhlükə yarana bilər. Yüksək təhlükəsizlik tədbirlərinə riayət olunduğu halda isə bu risklər minimuma enir”.
Aslan Əsədov qeyd edib ki, müasir avtomobillərin bir çoxu artıq çoxyanacaqlı sistemlərlə təchiz olunur:
“Bu gün elə nəqliyyat vasitələri var ki, həm benzin, həm qaz, həm də dizel ilə işləyə bilir. Onların texniki pasportlarında bu imkanlar açıq şəkildə göstərilir. Bu isə sürücülərə seçim imkanı yaradır.
Qazla işləyən avtomobillərin əsas üstünlüklərindən biri də qənaətcillikdir. Qaz yanacağı avtomobil sahibləri üçün daha sərfəli hesab olunur. Bu baxımdan sürücülər həm büdcələrinə qənaət edir, həm də alternativ enerji mənbələrindən istifadə imkanı qazanırlar”.
Mütəxəssis hesab edir ki, qazla işləyən avtomobillər düzgün istifadə edildiyi və texniki normalara əməl olunduğu halda təhlükə mənbəyi deyil. Lakin təhlükəsizlik qaydalarının pozulması istənilən yanacaq növündə olduğu kimi ciddi risklər yarada bilər.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.