Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK
10 İyun 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
465
01.04.2026, 11:33
Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq.
Oxu24.com xəbər verir ki, bunu Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov klinikanın açılışında jurnalistlərə açıqlamasında deyib.
N.Pənahov qeyd edib ki, klinikinanın yaradılması Azərbaycan tibb tarixində önəmli hadisədir:
"Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək. Klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək".
O həmçinin əlavə edib ki, klinikada ən son texnologiyalardan istifadə edilir.
Klinikanın Baş həkimi Dilqəm Məmmədov isə bildirib ki, bura tədris və praktikanın inteqrasiyası ilə fərqlənir:
"Klinika eyni zamanda rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq".
Qeyd edək ki, bu gün adıçəkilən klinikanın açılışı olub. Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni klinika ölkə vətəndaşlarına beynəlxalq standartlara uyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətləri göstərəcək.
Belə ki, klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.
Klinika yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.
Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir.
14:15 / 10 İyun 2026
2
14:14 / 10 İyun 2026
1
13:55 / 10 İyun 2026
27
13:44 / 10 İyun 2026
52
13:35 / 10 İyun 2026
57
13:31 / 10 İyun 2026
49
13:27 / 10 İyun 2026
51
13:23 / 10 İyun 2026
345
13:15 / 10 İyun 2026
74
13:12 / 10 İyun 2026
61
12:54 / 10 İyun 2026
1186
12:52 / 10 İyun 2026
59
12:48 / 10 İyun 2026
80
12:43 / 10 İyun 2026
77
12:38 / 10 İyun 2026
73
12:29 / 10 İyun 2026
506
12:27 / 10 İyun 2026
238
12:19 / 10 İyun 2026
112
12:16 / 10 İyun 2026
81
12:13 / 10 İyun 2026
78
12:00 / 10 İyun 2026
97
11:52 / 10 İyun 2026
78
11:47 / 10 İyun 2026
268
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.