Qaynar xətt:

(+99450) 247 90 86

Yeni yaranan agentlik nələri dəyişəcək? – VİDEO 

Yeni yaranan agentlik nələri dəyişəcək? – VİDEO 

CƏMİYYƏT

176

24.03.2026, 20:12

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi idarəetmənin təkmilləşdirilməsinə gətirib çıxaracaq”.

Oxu24.com  xəbər verir ki, bunu açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, qısa müddətdə xüsusi bir dəyişiklik olmasa da, orta və uzunmüddətli dövrdə inzibati xərclərin azalmasına gətirib çıxara bilər.

“Bu agentliklərin birləşdirilməsinin üç istiqamətdə xeyirli olacağını proqnozlaşdırmaq olar. Birincisi, idarəetmə xərcləri azalacaq. İkincisi, informasiya sistemləri mərkəzləşəcək. Təbii ki, mərkəzləşmə olanda onların məlumat bazaları birləşəcək. Nəticədə qərarvermə sürətlənəcək, məlumatlar inteqrasiya olunacaq və sosial siyasətin inteqrasiyası da güclənəcək”, – deyə X.Kərimli sözlərinə əlavə edib. /Baku TV/