Siz xeyirxah insansınız - Hansı ağacı seçərdiniz? - Psixoloji TEST
22 Mart 2026, 00:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
100
21.03.2026, 20:40
Bayram günlərində Bakıda 42 ünvanda təmir işləri icra olunacaq.
Bu barədə Oxu24.com –a Azərbaycan avtomobil yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib:
“Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işləri həyata keçiriləcək.
Qeyd olunan işlərin bayram günlərinə təsadüf etməsi və nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılıb. Bu çərçivədə, paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 08:00-dan 30 mart 2026-cı il saat 22:00-dək təmir işləri aparılacaq.
Təmir ilə əlaqədar hərəkət bağlanmayacaq, məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək.
Agentlik tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunacaq küçələrin ümumi sahəsi 151 849 kv.m təşkil edir”.
Təmir aparılacaq küçə və yolların siyahısı:
1. Heydər Əliyev prospekti (“Ramstore” körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək)
2. 8 Noyabr prospekti (Yusif Səfərov küçəsindən C.Naxçıvanski adına Hərbi Liseyədək)
3. Ziya Bünyadov prospekti (“20 Yanvar” metrostansiyasından “Koroğlu” qovşağınadək)
4. Babək prospekti (“Ramstore” körpüsündən Lütfi Zadə küçəsinədək)
5. İnşaatçılar prospekti (İzmir küçəsindən Hüseyn Cavid prospektinədək)
6. Tbilisi prospekti (Abbasqulu ağa Bakıxanov küçəsindən “20 Yanvar” metrostansiyasınadək)
7. Nəriman Nərimanov prospekti
8. Bayraq meydanına gedən yol (Azneft meydanından Əhəd Yaqubov küçəsinədək)
9. Hüseyn Cavid prospekti (Abdürrahim bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək)
10. Abbas Mirzə Şərifzadə küçəsi (Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək)
11. İzmir küçəsi
12. Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək)
13. Fətəli xan Xoyski küçəsi (“Gənclik” metrostansiyasından Əliyar Əliyev küçəsinədək)
14. Atletlər kəndinə gedən yol (Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinədək)
15. Salyan şosesi (“Bibiheybət” məscidindən Bakı kənar dairəvi yolunadək)
16. Bakı Dairəvi I avtomobil yolu
17. Zığ şosesi (beton yol)
18. Abbasqulu ağa Bakıxanov küçəsi (İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)
19. Rəşid Behbudov küçəsi (Neftçilər prospektindən Abbasqulu ağa Bakıxanov küçəsinədək)
Həmçinin oxuyun
20. Yusif Səfərov küçəsi
21. Üzeyir Hacıbəyli küçəsi
22. Zərifə Əliyeva küçəsi
23. Mehdi Hüseyn küçəsi (Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək)
24. Şeyx Şamil küçəsi (İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək)
25. Vaqif küçəsi (“Gənclik” metrostansiyasından Səməd Vurğun küçəsinədək)
26. Səməd Vurğun küçəsi (Yusif Vəzir Çəmənzəminli küçəsindən Neftçilər prospektinədək)
27. Pirşağı–Bilgəh avtomobil yolu (Pirşağı hövzəsi üzrə qəbuledici kanalizasiya kollektorunun tikintisi layihəsi)
28. Təbriz küçəsi (Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək)
29. Bibiheybət şosesi
30. Azər Məmmədov küçəsi (Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi)
31. Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi
32. Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi
33. Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi
34. Binə qəsəbəsi, Hicran Hasilov küçəsi
35. Qala dördyol ayrıcından Zığ–Heydər Əliyev Beynəlxalq Hava Limanı yoluna gedən hissə
36. Qala–Pirallahı yolundan Zirə qəsəbəsinə gedən yol
37. Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi
38. Novxanı–Pirşağı yolu
39. Xırdalan dairəsi–Binəqədi yolu
40. Balaxanı–Binəqədi yolu
41. Binəqədi–Novxanı yolu
42. Lökbatan–Güzdək yolu (1–9-cu km)
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə qurumdan qeyd olunub.
Bizim Facebook səhifəmizə abunə olun
00:39 / 22 Mart 2026
1
00:15 / 22 Mart 2026
269
00:11 / 22 Mart 2026
44
23:58 / 21 Mart 2026
166
23:49 / 21 Mart 2026
50
23:48 / 21 Mart 2026
492
23:35 / 21 Mart 2026
232
23:29 / 21 Mart 2026
59
23:17 / 21 Mart 2026
800
23:11 / 21 Mart 2026
50
23:09 / 21 Mart 2026
59
22:56 / 21 Mart 2026
348
22:42 / 21 Mart 2026
481
22:40 / 21 Mart 2026
74
22:27 / 21 Mart 2026
328
22:22 / 21 Mart 2026
265
22:21 / 21 Mart 2026
99
22:15 / 21 Mart 2026
119
22:11 / 21 Mart 2026
56
22:05 / 21 Mart 2026
107
21:59 / 21 Mart 2026
233
21:57 / 21 Mart 2026
80
21:51 / 21 Mart 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.