Qaynar xətt:

(+99450) 247 90 86

Ramazan ayının iyirmi səkkizinci günü: İmsak və iftar vaxtı, günün duası 

Ramazan ayının iyirmi səkkizinci günü: İmsak və iftar vaxtı, günün duası 

CƏMİYYƏT

188

17.03.2026, 19:49

Sabah Ramazan ayının iyirmi səkkizinci günüdür.

 

Oxu24.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, martın 18-i Bakıda imsak vaxtı saat 05:21, iftar isə 19:05-ə təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ramazan ayının iyirmi səkkizinci gününün duası:

 

"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".

Tərcüməsi:

"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!" 

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.