Bu universitetdə yeni təyinatlar OLDU - FOTO
02 Mart 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
79
02.03.2026, 18:15
Paytaxt Bakı son illər sürətlə artan avtomobil sayı və intensiv şəhər hərəkəti səbəbindən ciddi nəqliyyat sıxlığı ilə üz-üzə qalıb. Xüsusilə pik saatlarda yaranan uzun tıxaclar həm sürücülərin vaxt itkisinə, həm də ictimai nəqliyyatın hərəkət qrafikinin pozulmasına səbəb olur.
Şəhərdə mobilliyin artırılması və sərnişin daşınmasının daha səmərəli təşkili üçün müxtəlif alternativlər müzakirə edilir. Dünyanın bir sıra iri şəhərlərində tətbiq olunan ikimərtəbəli avtobusların Bakıda da geniş istifadəyə verilməsi ideyası isə yenidən gündəmə gəlib.
Bəs ikimərtəbəli avtobuslar paytaxtda tıxac probleminin həllinə real töhfə verə bilərmi?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, iki mərtəbəli avtobuslar hazırda Bakıda artıq mövcuddur, lakin onlar əsasən turistik məqsədlərlə istifadə olunur.
“Gələcəkdə şəhərdə sərnişin axını daha da artarsa və iqtisadi baxımdan rentabelli hesab edilərsə, belə avtobusların müəyyən marşrut xətlərinə buraxılması mümkündür.
Həmçinin oxuyun
İkimərtəbəli avtobuslar eyni sayda nəqliyyat vasitəsi ilə daha çox sərnişin daşımaq imkanı yaradır və bu da bəzi istiqamətlərdə sıxlığın azalmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, marşrut seçimi, yol infrastrukturu və dayanacaqların uyğunluğu kimi amillər də əvvəlcədən qiymətləndirilməlidir”.
Mütəxəssis hesab edir ki, paytaxtda nəqliyyat probleminin həlli üçün yalnız yeni nəqliyyat vasitələrinin gətirilməsi deyil, həm də ümumi nəqliyyat planlaşdırmasının təkmilləşdirilməsi vacibdir.
22:19 / 02 Mart 2026
8
22:06 / 02 Mart 2026
25
21:42 / 02 Mart 2026
41
21:32 / 02 Mart 2026
46
21:19 / 02 Mart 2026
451
21:12 / 02 Mart 2026
728
21:09 / 02 Mart 2026
58
20:54 / 02 Mart 2026
75
20:40 / 02 Mart 2026
57
20:38 / 02 Mart 2026
210
20:33 / 02 Mart 2026
84
20:17 / 02 Mart 2026
1356
20:11 / 02 Mart 2026
171
19:53 / 02 Mart 2026
80
19:43 / 02 Mart 2026
246
19:30 / 02 Mart 2026
1079
19:21 / 02 Mart 2026
95
19:09 / 02 Mart 2026
136
18:59 / 02 Mart 2026
105
18:50 / 02 Mart 2026
143
18:39 / 02 Mart 2026
181
18:29 / 02 Mart 2026
95
18:21 / 02 Mart 2026
411
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.