Milli Məclis mühüm məsələləri müzakirə edəcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8406
02.03.2026, 18:21
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vahid elektron informasiya sisteminin (VEİS) formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Xidmətlə birlikdə:
- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, VEİS-in “Hökumət buludu”na keçidinin təşkili, aparılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməli;
- VEİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli;
- VEİS-də formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsini təmin etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət İmtahan Mərkəzinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb, Baş Prokurorluğa və Məhkəmə-Hüquq Şurasına isə tövsiyə edilib ki, Əsasnamədə qeyd edilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər.
17:46 / 13 Noyabr 2026
45
17:30 / 13 Noyabr 2026
48
17:18 / 13 Noyabr 2026
49
17:13 / 13 Noyabr 2026
137
17:07 / 13 Noyabr 2026
61
16:59 / 13 Noyabr 2026
68
16:51 / 13 Noyabr 2026
88
16:37 / 13 Noyabr 2026
113
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
217
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
345
15:37 / 13 Noyabr 2026
103
15:30 / 13 Noyabr 2026
103
15:01 / 13 Noyabr 2026
120
14:59 / 13 Noyabr 2026
257
14:50 / 13 Noyabr 2026
140
14:46 / 13 Noyabr 2026
118
14:33 / 13 Noyabr 2026
130
14:24 / 13 Noyabr 2026
624
14:17 / 13 Noyabr 2026
511
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.