Bakıda bu "Mall" bağlanır
02 Mart 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
82
02.03.2026, 20:54
İsrail və ABŞ ordularının 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlaması Azərbaycanda da narahatlıqla izlənilir.
Oxu24.com xəbər verir ki, Azərbaycan 765 km-lik sərhədi olan İranda baş verənlərə laqeyd yanaşa bilməz. Üstəlik, bu ölkədə 40 milyon soydaşımızın yaşadığını nəzərə aldıqda, mümkün qaçqın axınının istiqaməti də bəllidir və rəsmi Bakının narahatlığı başadüşüləndir.
Azərbaycan müharibənin başladığı ilk gündən diplomatların və digər ölkə sakinlərinin İrandan çıxması üçün edilən müraciətlərə böyük həssaslıq göstərir və anında yardımlar edir. İran da daxil olmaqla, artıq bir çox ölkə Azərbaycana çevik reaksiya və yardımlara görə minnətdarlığını da bildirib.
Azərbaycan ilk gündən hərbi eskalasiyadan narahatlığını rəsmi şəkildə elan edib və yaydığı bəyanatda beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Amma Azərbaycan Xarici İşlər Nazirliyi yalnız bu bəyanatla kifayətlənməyib. Xüsusilə İran xarici işlər naziri Abbas Arakçı ilə Ceyhun Bayramov arasında baş tutan telefon danışığı və C.Bayramovun öz həmkarına İranın dini lideri Əli Xameneinin həlak olması ilə bağlı başsağlığı verməsindən sonra diplomatiyada böyük aktivlik yaşanır.
Belə ki, Arakçı ilə danışığa qədər Ceyhun Bayramovun regiondakı eskalasiyanı hər hansı həmkarı ilə müzakirə etdiyi haqda heç bir məlumat yoxdur. Ancaq 1 mart günorta saatlarından sonra C.Bayramovun həddən artıq gərgin iş rejimində çalışdığı və siyasi-diplomatik fəaliyyətini sərhədsiz genişləndirdiyini müşahidə etmək mümkündür.
Beləliklə, son sutka ərzində Ceyhun Bayramovun regionu müzakirə etdiyi şəxslərin siyahısı:
1. Özbəkistan XİN başçısı Bəxtiyar Saidov;
2. İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn;
3. İspaniya Krallığının xarici işlər, Avropa Birliyi və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno;
4. Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr ibn Həməd ibn Hammud Albusəidi;
5. Qazaxıstan XİN başçısı Yermek Koşerbayev;
6. AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas;
7. Türkiyə xarici işlər naziri Hakan Fidan;
8. Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əz-Zayani;
9. Küveytin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah;
10. İordaniya Baş nazirinin müavini, xarici işlər naziri Ayman əs-Səfadi və s.
Qeyd edək ki, bu hal ilk dəfədir müşahidə olunur, hətta ötən il baş verən 12 günlük savaşda C.Bayramov bu qədər sıx diplomatik fəallıq nümayiş etdirməmişdi.
Bu, bir tərəfdən Azərbaycanın regional güc kimi qəbul edildiyinin sübutudursa, digər tərəfdən prosesə diplomatik müdaxilə üçün xahiş edildiyi təəssüratını yaradır. Çünki bir daha xatırladaq ki, bu sıx trafik Arakçı ilə danışıqlardan sonra başlayıb...
Həmçinin oxuyun
22:48 / 02 Mart 2026
19
22:38 / 02 Mart 2026
24
22:19 / 02 Mart 2026
35
22:06 / 02 Mart 2026
35
21:42 / 02 Mart 2026
54
21:32 / 02 Mart 2026
52
21:19 / 02 Mart 2026
634
21:12 / 02 Mart 2026
846
21:09 / 02 Mart 2026
67
20:40 / 02 Mart 2026
60
20:38 / 02 Mart 2026
248
20:33 / 02 Mart 2026
91
20:17 / 02 Mart 2026
1464
20:11 / 02 Mart 2026
178
19:53 / 02 Mart 2026
84
19:43 / 02 Mart 2026
261
19:30 / 02 Mart 2026
1173
19:21 / 02 Mart 2026
98
19:09 / 02 Mart 2026
140
18:59 / 02 Mart 2026
108
18:50 / 02 Mart 2026
147
18:39 / 02 Mart 2026
184
18:29 / 02 Mart 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.