Milli Məclis mühüm məsələləri müzakirə edəcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
647
02.03.2026, 20:33
"Pulsuz tibbi xidmətin daha effektiv olması üçün icbari tibbi sığorta sistemi perspektivdə bütün tibbi sahələri əhatə etməlidir".
Oxu24.com bildirir ki, bu sözləri baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Professor əlavə edib ki, bunun reallaşması üçün yalnız istək kifayət deyil - güclü maliyyə bazası, müasir infrastruktur və dayanıqlı idarəetmə mexanizmi lazımdır:
"Bu yükü yalnız həkimlərin və digər tibb işçilərinin fədakarlığı hesabına daşımaq mümkün deyil, sistem real resurslara söykənməlidir. Bu baxımdan, bəzi xidmətlərin müəyyən müddət ərzində dövlət və vətəndaş arasında bölüşdürülməsi daha rasional yanaşma ola bilər. Mərhələli şəkildə genişlənən sığorta paketi zamanla həmin xidmətləri də tam əhatə edə bilər. Belə bir keçid modeli həm maliyyə dayanıqlığını qoruyar, həm də sistemin qəfil yüklənməsinin qarşısını alar.
Eyni zamanda, prioritet istiqamətlər aydın müəyyənləşdirilməlidir. Xüsusilə sosial həssas qruplar üçün həyati əhəmiyyət daşıyan xidmətlərin əlçatanlığı tam təmin olunmalıdır. İlk növbədə təxirəsalınmaz tibbi yardım və doğuş xidmətləri icbari tibbi sığorta çərçivəsində birmənalı və tam şəkildə qarşılanmalıdır. Bu sahələrdə heç bir vətəndaş maliyyə çətinliyi səbəbindən tibbi xidmətdən məhrum qalmamalıdır".
17:46 / 13 Noyabr 2026
45
17:30 / 13 Noyabr 2026
48
17:18 / 13 Noyabr 2026
49
17:13 / 13 Noyabr 2026
137
17:07 / 13 Noyabr 2026
61
16:59 / 13 Noyabr 2026
68
16:51 / 13 Noyabr 2026
88
16:37 / 13 Noyabr 2026
113
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
217
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
345
15:37 / 13 Noyabr 2026
103
15:30 / 13 Noyabr 2026
103
15:01 / 13 Noyabr 2026
120
14:59 / 13 Noyabr 2026
257
14:50 / 13 Noyabr 2026
140
14:46 / 13 Noyabr 2026
118
14:33 / 13 Noyabr 2026
130
14:24 / 13 Noyabr 2026
624
14:17 / 13 Noyabr 2026
511
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.