Avstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
26 May 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
935
02.03.2026, 16:51
Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.
Oxu24.com xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İrandan təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.
Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də "AZAL" təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.
Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.
Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.
Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.
Görüş Azərbaycan-Rusiya dövlətlərarası dialoquna xas olan ənənəvi dostluq və konstruktiv şəraitdə keçib.



02:51 / 27 May 2026
78
00:25 / 27 May 2026
116
00:19 / 27 May 2026
288
00:19 / 27 May 2026
129
00:17 / 27 May 2026
99
00:08 / 27 May 2026
236
00:01 / 27 May 2026
418
23:59 / 26 May 2026
213
23:56 / 26 May 2026
89
23:55 / 26 May 2026
86
23:48 / 26 May 2026
679
23:47 / 26 May 2026
89
23:40 / 26 May 2026
92
23:29 / 26 May 2026
230
23:27 / 26 May 2026
235
23:22 / 26 May 2026
205
23:18 / 26 May 2026
230
23:15 / 26 May 2026
98
23:13 / 26 May 2026
177
23:02 / 26 May 2026
209
22:58 / 26 May 2026
480
22:49 / 26 May 2026
93
22:45 / 26 May 2026
1229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.