Milli Məclis mühüm məsələləri müzakirə edəcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
727
02.03.2026, 17:46
Paytaxtın yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək məqsədilə gələcək illərdə bəzi ali təhsil müəssisələrinin Bakıdan kənara köçürülməsi nəzərdə tutulur. Bəs, ali təhsil müəssisələri Azərbaycanın hansı bölgələrinə köçürülə bilər?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a açıqlamasında bildirib ki, 2050-ci ilə qədər nəzərdə tutulan Bakı şəhərinin Baş planında ali məktəblərin bir qisminin paytaxtdan çıxarılması istiqamətində addımlar yer alır.
“Bu proses daha çox uzaq regionlara deyil, paytaxta yaxın ərazilərə şamil olunacaq. Xüsusilə Abşeron rayonu ərazisində yeni universitet zonalarının və tələbə şəhərciklərinin yaradılması planlaşdırılır. Həmin ərazilərdə ali məktəblərlə yanaşı tələbə yataqxanaları və kampusların fəaliyyət göstərməsi nəzərdə tutulur”.
E. Əfəndi qeyd edib ki, universitetlərin yerləşəcəyi məkanlar paytaxtın sıxlığını azaltmaq məqsədilə şəhər mərkəzindən kənarda olacaq.
“Bu ərazilər, məsələn, Xırdalan şəhərindən və ya Lökbatan qəsəbəsi ətrafından bir qədər uzaq zonalarda formalaşdırıla bilər.
Ali təhsil müəssisələrinin köçürülməsi ilə paralel olaraq yeni iş yerlərinin yaradılması paytaxtda əhali sıxlığının azalmasına müsbət təsir göstərəcək. Eyni zamanda orta ixtisas və ümumtəhsil müəssisələrinin bir qisminin işğaldan azad edilmiş ərazilərdə yaradılması da mümkün variantlardan biridir.
Bu addım həm tələbələrin həmin bölgələrdə təhsil almasına, həm də azad olunmuş ərazilərin iqtisadi inkişafına töhfə verə bilər”, – deyə ekspert vurğulayıb.
17:46 / 13 Noyabr 2026
45
17:30 / 13 Noyabr 2026
48
17:18 / 13 Noyabr 2026
49
17:13 / 13 Noyabr 2026
137
17:07 / 13 Noyabr 2026
61
16:59 / 13 Noyabr 2026
68
16:51 / 13 Noyabr 2026
88
16:37 / 13 Noyabr 2026
113
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
217
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
345
15:37 / 13 Noyabr 2026
103
15:30 / 13 Noyabr 2026
103
15:01 / 13 Noyabr 2026
120
14:59 / 13 Noyabr 2026
257
14:50 / 13 Noyabr 2026
140
14:46 / 13 Noyabr 2026
118
14:33 / 13 Noyabr 2026
130
14:24 / 13 Noyabr 2026
624
14:17 / 13 Noyabr 2026
511
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.