Qaynar xətt:

(+99450) 247 90 86

Güclü külək fəsadlar törətdi-Video

Güclü külək fəsadlar törətdi-Video

CƏMİYYƏT

70

27.02.2026, 19:49

Ölkə ərazisində davam edən güclü külək qərb regionunda, eləcə də Goranboyda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

Oxu24.com  xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin məlumatında deyilir.

Bildirilib ki, güclü küləyin təsiri ilə irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşıb:

“Küləyin şiddəti və üstəlik aşan ağacların ərazidən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək”.