Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
798
27.02.2026, 15:37
Bəzi insanlar var ki, onların ömür yolu sadəcə təqvim rəqəmlərindən ibarət deyil, bir qəhrəmanlıq salnaməsidir. Fevralın 28-i Azərbaycanın igid oğlu, Birinci Qarabağ müharibəsinin fədakar döyüşçüsü Akif Kamal oğlu Abdullayevin doğum günüdür. O, 1993-cü ildə Horadiz döyüşlərində ağır yaralanmasına baxmayaraq, hərbi tapşırığı yarıda qoymayan, əsgər yoldaşlarını sursatsız qoymamaq üçün ölümün gözünə dik baxan bir qəhrəmandır.
“Mən istəyirəm ki, mənim qəhrəman əmimi bütün Azərbaycan tanısın. Onun göstərdiyi şücaət hər birimiz üçün qürur mənbəyidir” – bu sözlər Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abdullayevin qardaşı oğlu Alim Abdullayevə məxsusdur. Alim bəy öz əmisinin həyat yolunu və şəhadətə ucalan anlarını böyük ehtiramla Oxu24.com-la bölüşüb:
“Əmim Abdullayev Akif Kamal oğlu 1954-cü il fevralın 28-də Qaradağ rayonunun Qobustan qəsəbəsində dünyaya göz açıb. 223 nömrəli tam orta məktəbi bitirdikdən sonra, hərbi xidmətini 2 il Rusiyanın Leninqrad şəhərində tamamlayıb. Qayıtdıqdan sonra doğma rayonunda, tank təmir zavodunda işə düzələrək ailə həyatı qurub”.
Vətən torpaqları erməni işğalçıları tərəfindən hücuma məruz qalanda, Akif Abdullayev bir an belə tərəddüd etməyib. Evdə yolunu gözləyən ailəsini geridə buraxaraq cəbhəyə yollanıb. O, hərbi sürücü kimi ən çətin anlarda əsgərlərimizə silah-sursat daşıyaraq qələbəyə gedən yolda böyük xidmət göstərib.
Onun qəhrəmanlığı haqqında ən təsirli məlumatı qardaşı oğluna əmisi ilə birlikdə olan bələdçi danışıb. 1993-cü il sentyabrın 9-da Füzulinin Horadiz kəndində düşmən snayperinin açdığı atəş nəticəsində Akif Abdullayev baş nahiyəsindən ağır yaralanıb. Lakin o, sükanı buraxmayıb:
“Təxminən bir saat ərzində ağır yaralı halda hərbi maşını idarə edib, içindəki sursatı hərbi hissədəki əsgərlərimizə sağ-salamat təhvil verib. Tapşırığın yerinə yetirildiyinə əmin olduqdan sonra, 39 yaşında şəhidlik zirvəsinə ucalıb”.
Şəhidin nəşi sentyabrın 11-də doğulduğu qəsəbəyə gətirilib və sentyabrın 12-də ulu babalarının uyuduğu Qaratli baba piri (Ceyildağ) yaxınlığında torpağa tapşırılıb.
Bu gün şəhid Akif Abdullayevin məzarını doğma qardaşı oğlu Alim Abdullayev abadlaşdıraraq onun xatirəsini gələcək nəsillər üçün qoruyub saxlayır. 12 uşaqlı bir ailənin ən mərd oğullarından biri olan Akif Abdullayevin adı təkcə Qobustan üçün deyil, bütün Azərbaycan üçün şərəf rəmzidir. Onun adı çəkiləndə bu gün təkcə ailəsi deyil, bütün Qobustan qəsəbəsinin əhalisi ehtiramla ayağa qalxır. Qəsəbə sakinləri onu hər zaman ağır təbiətli, mərd və zəhmətkeş bir insan kimi xatırlayır. Çünki qəhrəmanlar unudulanda yox, xalqın qəlbində fəxrə çevriləndə ölümsüzləşirlər…
Ruhu şad olsun!
Hazırladı: Çimnaz Telmanqızı
19:05 / 13 Noyabr 2026
1
18:59 / 13 Noyabr 2026
32
18:59 / 13 Noyabr 2026
60
18:50 / 13 Noyabr 2026
64
18:38 / 13 Noyabr 2026
74
18:31 / 13 Noyabr 2026
69
18:26 / 13 Noyabr 2026
71
18:15 / 13 Noyabr 2026
79
18:04 / 13 Noyabr 2026
275
17:59 / 13 Noyabr 2026
95
17:46 / 13 Noyabr 2026
98
17:30 / 13 Noyabr 2026
91
17:18 / 13 Noyabr 2026
87
17:13 / 13 Noyabr 2026
296
17:07 / 13 Noyabr 2026
99
16:59 / 13 Noyabr 2026
99
16:51 / 13 Noyabr 2026
111
16:37 / 13 Noyabr 2026
131
16:29 / 13 Noyabr 2026
105
16:08 / 13 Noyabr 2026
284
16:00 / 13 Noyabr 2026
116
15:42 / 13 Noyabr 2026
405
15:37 / 13 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.