Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
705
27.02.2026, 21:34
Pakistan ilə Əfqanıstan arasında dünəndən başlayan silahlı qarşıdurma qısa müddətdə tammiqyaslı müharibə mərhələsinə keçib. Pakistanın müdafiə naziri Khawaja Asif İslamabadın Əfqanıstanda hakimiyyətdə olan Taliban hökumətinə qarşı “açıq müharibə” elan etdiyini bəyan edib.
Nazir tərəflər arasında artıq qanlı toqquşmaların başladığını və Pakistan ordusunun genişmiqyaslı əməliyyatlara hazır olduğunu vurğulayıb. Son həftələrdə Əfqanıstan ərazisində yerləşdiyi iddia edilən silahlı qrupların Pakistanda hüquq-mühafizə orqanlarına qarşı həyata keçirdiyi hücumlar vəziyyəti daha da gərginləşdirib. Buna cavab olaraq Pakistan Əfqanıstan ərazisində bir sıra hədəflərə hava zərbələri endirib. Taliban isə Durand xətti boyunca bir neçə istiqamətdə əməliyyatlara başladığını açıqlayıb.
Oxu24.com bildirir ki, politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlmasında deyib ki, Pakistan və Əfqanıstan arasında baş verən qarşıdurmanın əsas səbəblərindən biri Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının ideoloji və siyasi ambisiyaları ilə əlaqələndirilir:
“Taliban yalnız Əfqanıstanda hakimiyyət qurmaqla kifayətlənməyən, daha geniş miqyasda “İslam əmirliyi” modeli formalaşdırmaq iddiası ilə çıxış edən hərəkat kimi qiymətləndirilir. Tarixi baxımdan Talibanın təşəkkül prosesi Pakistan ərazisində əsasən dini məktəblərdə təhsil almış tələbələr arasında formalaşıb və 1990-cı illərdə Əfqanıstandakı vətəndaş müharibəsi fonunda siyasi-hərbi qüvvə kimi meydana çıxıb. Eyni zamanda, Pakistan daxilində fəaliyyət göstərən və “Pakistan Talibanı” kimi tanınan Tehrik-i-Taliban Pakistan (TTP) adlı silahlı qruplaşma da mövcuddur. Bu təşkilat 2007-ci ildə Pakistanın keçmiş baş naziri Benazir Bhutto-nun sui-qəsd nəticəsində qətlə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdü. Həmin dövrdə təşkilata Baitullah Mehsud rəhbərlik edirdi”.
O bildirib ki, hazırda Əfqanıstanda Talibanın hakimiyyətə qayıdışından sonra regionda ideoloji təsir və təhlükəsizlik balansı məsələsi yenidən aktuallaşıb:
“Rəsmi İslamabad hesab edir ki, TTP-nin Əfqanıstan ərazisində mövcudluğu və fəaliyyət imkanları Pakistanın daxili sabitliyi üçün təhdid yaradır. Pakistanın güclü və institusional orduya malik olması, eləcə də möhkəm siyasi sisteminin mövcudluğu Talibanın birbaşa siyasi hakimiyyət iddiasını reallaşdırmasını çətinləşdirən əsas amillər kimi göstərilir. Mövcud qarşıdurma genişmiqyaslı müharibədən daha çox lokal və təhlükəsizlik yönümlü toqquşmalar formatında qalacaq. Ümumilikdə, tərəflər arasındakı gərginliyin uzunmüddətli regional sabitliyə təsiri, eləcə də bunun hansı ssenari üzrə inkişaf edəcəyi yaxın dövrdə Cənubi Asiyanın əsas geosiyasi məsələlərindən biri olaraq qalır”.
18:59 / 13 Noyabr 2026
5
18:50 / 13 Noyabr 2026
31
18:38 / 13 Noyabr 2026
45
18:31 / 13 Noyabr 2026
48
18:26 / 13 Noyabr 2026
52
18:15 / 13 Noyabr 2026
58
18:04 / 13 Noyabr 2026
242
17:59 / 13 Noyabr 2026
87
17:46 / 13 Noyabr 2026
93
17:30 / 13 Noyabr 2026
85
17:18 / 13 Noyabr 2026
80
17:13 / 13 Noyabr 2026
278
17:07 / 13 Noyabr 2026
91
16:59 / 13 Noyabr 2026
92
16:51 / 13 Noyabr 2026
103
16:37 / 13 Noyabr 2026
125
16:29 / 13 Noyabr 2026
99
16:08 / 13 Noyabr 2026
267
16:00 / 13 Noyabr 2026
108
15:42 / 13 Noyabr 2026
392
15:37 / 13 Noyabr 2026
118
15:30 / 13 Noyabr 2026
143
15:01 / 13 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.