Dilimizin yeni bəlası — ChatGPT
27 Fevral 2026, 21:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
174
27.02.2026, 19:53
Son günlər kriminal xəbərlər arasında təəssüfedici hal yaradan amillərdən biri də ailədaxili gərginliklərin yaranması nəticəsində baş verən qətl hadisələridir. Gənc oğlan anasını, kişi xanımını, ata qızını öldürür. Ötən həftə Mingəçevirdə qadının əri tərəfindən, bu gün isə Şamaxıda 17 yaşlı oğlanın anasını bıçaqlanması cəmiyyətə təhlükəli bir xəbərdarlıq hesab olunmalıdır. Ailəni bu həddə hansı səbəblər çatdirir , yaxud, ailədaxili gərginlik niyə qətl həddinə çatır?
Mövzu ilə bağlı Oxu24.com-a sosioloq Sadiq Rüstəmli danışıb.
O,bildirib ki,ailədaxili qətllər cəmiyyətdə çox vaxt “bir anlıq qəzəb”, “ailə münaqişəsi” və ya “psixoloji pozuntu” kimi izah olunur.
"Halbuki bu cür hadisələr ani deyil.Onlar illərlə yığılan sosial, psixoloji və ideoloji gərginliklərin son mərhələsidir. Xüsusilə Azərbaycana xas ailə modelində bu risklər sistemli xarakter daşıyır.Bu modeldə ailə çox vaxt sevgi və təhlükəsizlik məkanı yox, hakimiyyət, itaət və nəzarət mexanizmi kimi qurulur. Ata və ya kişi ailənin mütləq qərarverəni sayılır, qadın və övladların səsi isə ikinci plana keçirilir. Etiraz “hörmətsizlik”, sual vermək “ədəbsizlik” kimi təqdim olunur. Belə şəraitdə zorakılıq problem kimi deyil, “tərbiyə”, “ailəni qorumaq”, “nizam yaratmaq” adı altında normallaşdırılır. Zorakılığın ən görünməz, lakin ən dağıdıcı formalarından biri simvolik zorakılıqdır. Ərin qadına “çirkin”, “kök”, “sənə baxan kim olar?” kimi ifadələr işlətməsi sadə söz deyil. Bu cür ifadələr qadının bədənini, dəyər hissini və özünə inamını hədəf alır. Məqsəd təhqir yox, nəzarət və tabeçilik yaratmaqdır. Qadın zamanla özünü günahkar, əskik və susmalı biri kimi görməyə başlayır”.
Həmçinin oxuyun
Sosioloq bu kimi hallarda Pierre Bourdieu fikirlərini dəstəkləyir.
"Fransız sosioloqu bu prosesi “simvolik zorakılıq” adlandırırdı: zorakılıq fiziki güclə yox, dil, gündəlik münasibət və “normal” kimi təqdim olunan davranışlar vasitəsilə həyata keçirilir. Fiziki zorakılıqdan əvvəl çox vaxt məhz bu mərhələ gəlir — insan əvvəlcə dəyərdən salınır, sonra ona qarşı zorakılıq “haqlı” göstərilir. Azərbaycana xas risk faktorlarından ən təhlükəlisi isə “namus” anlayışının ideoloji xarakter daşımasıdır. Ata qızını fərd kimi yox, ailənin və kişinin şərəf simvolu kimi görür. Qızın davranışı, geyimi, seçimi şəxsi hüquq yox, “ailənin nüfuzu” kimi dəyərləndirilir. Bu səbəbdən qızın öldürülməsi çox vaxt şəxsi qəzəb aktı deyil, ideoloji əsaslandırılmış zorakılıqdır. Ata özünü cinayətkar yox, “ailəni və dəyərləri qoruyan” şəxs kimi görür. Məhz buna görə bu tip qətllər “namus məsələsi” adı ilə cəmiyyətdə bəzən gizli də olsa anlayışla qarşılanır. Bu isə zorakılığın ən təhlükəli formasıdır, çünki o, mənəvi don geyindirilmiş cinayətə çevrilir. Bu prosesləri sosioloji baxımdan izah edərkən Émile Durkheimin yanaşması mühüm əhəmiyyət daşıyır. Durkheimə görə, sosial normalar zəiflədikdə və qoruyucu institutlar işləmədikdə cəmiyyətdə anomiya, yəni normasızlıq yaranır. Azərbaycanda ailədaxili zorakılıq hallarında da çox vaxt nə hüquqi mexanizmlər vaxtında işə düşür, nə də ictimai qınaq effektiv olur. Nəticədə ailə daxilində fərd öz “ədalətini” özü tətbiq etməyə başlayır”.
Sosioloq psixoloji səviyyədə isə Siqmund Freydin izahını bu hadisələrin daxili mexanizmini açdığına inanır.
"Freyd göstərirdi ki, uzun müddət basdırılan aqressiya və qorxu bir gün ən yaxın və ən zəif obyektə yönəlir. Ailədaxili qətllərdə aqressiyanın məhz ana, həyat yoldaşı və ya övlad üzərinə boşalması təsadüfi deyil. Bu, ani şizofrenik dalğalanmalar deyil, uzun müddət basdırılmış emosiyaların yaratdığı ani şizofrenik dalğalanmalar fonunda ortaya çıxan nəzarətsiz davranış partlayışıdır. Nəticə etibarilə, ailədaxili qətllər nə fərdi psixoz, nə də təsadüfi qəzəb hadisəsidir. Onlar patriarxal ailə modeli, ideoloji “namus” anlayışı, simvolik zorakılıq və zəif sosial nəzarətin birgə yaratdığı sistemli riskin son mərhələsidir. Problemin həlli yalnız fərdi cəzalandırmaqla deyil, bu modeli yaradan dəyərlərin və münasibətlərin yenidən düşünülməsi ilə mümkündür”- deyə Sadiq Rüstəmli vurğulayıb.
Əntiqə Rəşid
21:35 / 27 Fevral 2026
2
21:34 / 27 Fevral 2026
20
21:16 / 27 Fevral 2026
32
21:00 / 27 Fevral 2026
42
20:59 / 27 Fevral 2026
45
20:47 / 27 Fevral 2026
76
20:44 / 27 Fevral 2026
43
20:37 / 27 Fevral 2026
422
20:35 / 27 Fevral 2026
45
20:32 / 27 Fevral 2026
112
20:26 / 27 Fevral 2026
72
20:23 / 27 Fevral 2026
43
20:21 / 27 Fevral 2026
49
20:13 / 27 Fevral 2026
62
20:07 / 27 Fevral 2026
180
20:00 / 27 Fevral 2026
177
20:00 / 27 Fevral 2026
57
19:49 / 27 Fevral 2026
57
19:40 / 27 Fevral 2026
108
19:29 / 27 Fevral 2026
64
19:24 / 27 Fevral 2026
60
19:17 / 27 Fevral 2026
731
19:14 / 27 Fevral 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.