Qaynar xətt:

(+99450) 247 90 86

Emin Əmrullayev direktoru işdən ÇIXARDI - Yeni TƏYİNAT

Emin Əmrullayev direktoru işdən ÇIXARDI - Yeni TƏYİNAT

CƏMİYYƏT

98

27.02.2026, 17:44

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsindən azad olunub.

Oxu24.com  "Qaynarinfo"ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 2023-cü ilin dekabr ayında sözügedən vəzifəyə təyin edilən Bəxtiyar Məhəmməd oğlu Əliyev işdən çıxarılıb.

Ağcabədi Pedaqoji Kollecinə direktor əvəzi isə Əhəd Məmmədov təyin olunub.

Qeyd edək ki, Əhəd Məmmədov ötən ilin dekabr ayında Ağcabədi Pedaqoji Kollecinin direktor müavini təyin olunmuşdu.

 

Fotoda Bəxtiyar Əliyev

 

Əhəd Məmmədov