Tovuzda hamilə bıçaqlanıb
13 Noyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
874
27.02.2026, 18:00
Tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.
Oxu24.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.
Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və videogörüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.
Saxlanılan şəxs foto və videogörüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalar davam etdirilir.
18:59 / 13 Noyabr 2026
18
18:59 / 13 Noyabr 2026
44
18:50 / 13 Noyabr 2026
52
18:38 / 13 Noyabr 2026
63
18:31 / 13 Noyabr 2026
60
18:26 / 13 Noyabr 2026
62
18:15 / 13 Noyabr 2026
71
18:04 / 13 Noyabr 2026
264
17:59 / 13 Noyabr 2026
91
17:46 / 13 Noyabr 2026
97
17:30 / 13 Noyabr 2026
89
17:18 / 13 Noyabr 2026
82
17:13 / 13 Noyabr 2026
290
17:07 / 13 Noyabr 2026
98
16:59 / 13 Noyabr 2026
96
16:51 / 13 Noyabr 2026
106
16:37 / 13 Noyabr 2026
127
16:29 / 13 Noyabr 2026
102
16:08 / 13 Noyabr 2026
273
16:00 / 13 Noyabr 2026
112
15:42 / 13 Noyabr 2026
398
15:37 / 13 Noyabr 2026
121
15:30 / 13 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.