Qaynar xətt:

(+99450) 247 90 86

Bəzi ərazilərdə qaz olmayacaq 

2025/02/05/1738750563_qaz-ol.jpg

CƏMİYYƏT

81

18.02.2026, 19:34

Tovuz rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Şəmkir Rayon Qaz İstismar İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, Şəmkir Rayon Qaz İstismar İdarəsinin Tovuz xidmət sahəsi, Tovuz rayonu Alakol Avtomatlaşdırılmış Qazpaylama Stansiyasından qidalanan Əyyublu kəndi ərazisində daxili imkanlar hesabına yeni çəkilmiş D 57, D 76 və D 89 mm-lik qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə fevralın 19-da saat 10:00-dan işlər başa çatanadək (cəmi 2 600 abonent) qaz təchizatı dayandırılacaq.