Kanalizasiya quyusuna düşərək həlak olan Azərin anasından ÜRƏKDAĞLAYAN İFADƏ
17 Fevral 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
79
17.02.2026, 19:59
Avropa İttifaqına üzv ölkələrin yaxın bir il ərzində yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanunlar qəbul edəcəyi gözlənilir. Bu barədə Rumıniya prezidentinin müşaviri Sorin Kostrey açıqlama verib.
Onun sözlərinə görə, bir çox sosial platforma uşaqlarda və yeniyetmələrdə asılılıq yaradır. Rumıniyanın da bu təşəbbüsü dəstəkləyən ölkələr sırasında yer aldığı bildirilir.
Ötən ilin sonunda Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə çıxışını qadağan edən qanun qüvvəyə minib. Fransa və Danimarka isə 2026-cı ildən etibarən oxşar məhdudiyyətlərin tətbiqini planlaşdırır. Bu addımlar Avropa məkanında rəqəmsal təhlükəsizlik və uşaq hüquqları ilə bağlı yanaşmanın sərtləşdiyini göstərir.
Bu məsələnin fonunda sual yaranır: Azərbaycan da yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran hüquqi mexanizmlər tətbiq edə bilərmi? Bu mexanizmlər zəruridirmi?
Oxu24.com İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Sfera.az-a açıqlamasında bildirib ki, texniki tərəfdən desək, uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdırmaq mümkündür:
Onun sözlərinə görə, yaş doğrulama sistemləri, valideyn nəzarəti, ekran vaxtı limitləri və tətbiq bloklamaları kimi alətlər bu prosesdə köməkçi rol oynaya bilər:
"Lakin reallıq ondan ibarətdir ki, təkcə texnologiya ilə məsələ tam həll olunmur. Uşaq doğum tarixini dəyişməklə hesab aça, başqa telefondan istifadə edə və ya VPN vasitəsilə məhdudiyyətləri aşa bilər. Bu baxımdan “blokladıq, problem bitdi” yanaşması uzunmüddətli və effektiv həll hesab edilmir. Burada əsas məqsəd uşaqları cəzalandırmaq deyil, onları potensial risklərdən qorumaq olmalıdır”.
Mütəxəssis qeyd edib ki, sosial şəbəkələr alqoritmlər üzərində qurulub və əsas hədəf istifadəçini mümkün qədər uzun müddət ekranda saxlamaqdır:
“Bu isə yetkinlik yaşına çatmayanlar üçün asılılıq, diqqət pozuntusu, psixoloji gərginlik və real həyatdan uzaqlaşma kimi ciddi risklər yaradır. Məhz buna görə Avropa ölkələrində bu sahə tütün və alkoqol kimi nəzarət tələb edən istiqamət kimi qiymətləndirilir. Ölkəmizdə də texniki baxımdan bu cür addımlar atmaq mümkündür: hüquqi baza formalaşdırmaq, platformalar qarşısında yaşa uyğun mexanizmlər tələbi qoymaq və valideyn nəzarətini təşviq etmək olar. Mövzuya daha dərindən yanaşdıqda isə hökumətlə Meta arasında birgə fəaliyyət mexanizminin qurulması məhdudiyyətlərin daha effektiv tətbiqinə imkan verə bilər”.
Həmçinin oxuyun
23:13 / 17 Fevral 2026
16
23:10 / 17 Fevral 2026
4
23:10 / 17 Fevral 2026
21
23:03 / 17 Fevral 2026
22
23:00 / 17 Fevral 2026
27
22:56 / 17 Fevral 2026
23
22:52 / 17 Fevral 2026
77
22:39 / 17 Fevral 2026
48
22:13 / 17 Fevral 2026
39
22:09 / 17 Fevral 2026
79
22:01 / 17 Fevral 2026
94
21:57 / 17 Fevral 2026
116
21:55 / 17 Fevral 2026
61
21:54 / 17 Fevral 2026
56
21:50 / 17 Fevral 2026
42
21:41 / 17 Fevral 2026
50
21:29 / 17 Fevral 2026
85
21:23 / 17 Fevral 2026
100
21:20 / 17 Fevral 2026
53
21:10 / 17 Fevral 2026
81
20:59 / 17 Fevral 2026
80
20:57 / 17 Fevral 2026
211
20:46 / 17 Fevral 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.