Qaynar xətt:

(+99450) 247 90 86

Liseylərin bağlanması gündəmdə: Bəs oradakı şagirdlərin aqibəti necə olacaq?

news/2025_04_27/1745666199_mektebli2_768x403_1745732316.jpg

CƏMİYYƏT

119

13.02.2026, 18:02

Azərbaycanda özəl liseylərin fəaliyyətinin dayandırılması ilə bağlı müzakirələr təhsil sisteminin gələcək inkişafı baxımından ciddi debatlara yol açıb. Maraqlıdır, özəl liseylərin ləğvi təhsil sisteminə necə təsir göstərə bilər?

 Oxu24.com mövzu ilə bağlı elm və təhsil eksperti Rizvan Fikrətoğlu KONKRET.az-a açıqlamasında bildirib ki, məsələ emosional yanaşma ilə deyil, sistemli təhlil əsasında qiymətləndirilməlidir.

Ekspert qeyd edib ki, özəl liseylərə münasibətdə “hamısı zərərlidir” və ya “hamısı əvəzolunmazdır” kimi qəti mövqelər düzgün deyil.

Onun sözlərinə görə, bu təhsil müəssisələrinin ləğvi ilk növbədə ölkədə formalaşmış rəqabət mühitinə təsir göstərə bilər.

“Rəqabət olmayan sistemlər çox vaxt rahatlaşır. Bu baxımdan özəl liseylərin ləğvi ümumi təhsil mühiti üçün mənfi təsir yarada bilər. Bir çox özəl liseylər olimpiada hazırlığı, beynəlxalq universitetlərə qəbul və yüksək nəticələrə fokuslanaraq akademik motivasiyası yüksək şagirdləri bir araya gətirirdi. Bu məktəblər sistem daxilində akademik liderlik mühiti formalaşdırırdı”.

Rizvan Fikretoglu - YouTube

Onun sözlərinə görə, liseylərin bağlanması halında həmin şagirdlər dövlət məktəblərinə bölünə və ya xaricdə təhsil imkanlarına yönələ bilər. Dövlət sistemi bu potensialı tam şəkildə qarşılamazsa, gələcəkdə keyfiyyətli insan kapitalının azalması ehtimalı yaranır.

 “Bəzi özəl liseylərin yüksək ödənişli olması sosial təbəqələşmə yaradırdı. Lakin yalnız bu məktəblərin ləğvi sosial ədalətin təmin olunması demək deyil. Alternativ elit təhsil modeli formalaşdırılmasa, imkanlı ailələr yenə fərqli təhsil yolları seçəcək və real bərabərlik əldə olunmayacaq. [zəl liseylərin ləğvi şagird axınının dövlət məktəblərinə yönəlməsi ilə nəticələnə bilər. Bu isə siniflərin sıxlaşması, müəllim heyətinə əlavə yükün artması və idarəetmə prosesinin çətinləşməsi riskini artırır”.

Ekspert uzunmüddətli perspektivdə iki mümkün ssenarinin olduğunu bildirib:

• Mənfi ssenari: təhsil sistemində mərkəzləşmənin artması, təşəbbüskar və innovativ modellərin zəifləməsi;

• Müsbət ssenari: dövlət tərəfindən vahid, keyfiyyətli lisey modelinin qurulması, akademik mərkəzlərin yaradılması və daha ədalətli imkanların təmin olunması.

R.Fikrətoğlunun sözlərinə görə, real nəticə icra mexanizmindən asılı olacaq.

“Əgər qərar yalnız inzibati addım kimi həyata keçirilərsə və paralel alternativ model hazırlanmazsa, qısa müddətdə təhsildə keyfiyyət itkisi mümkündür. Lakin müəllim seçiminin gücləndirilməsi, lisey səviyyəsində akademik mərkəzlərin yaradılması və beynəlxalq proqramların dövlət sisteminə inteqrasiyası həyata keçirilərsə, uzunmüddətli müsbət nəticələr əldə edilə bilər”.