Naxçıvanda daha bir TƏYİNAT
08 May 2026, 00:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
741
13.02.2026, 20:47
Tbilisi avtomobil idxalı ilə bağlı qaydaları sərtləşdirməyə hazırlaşır və bu qərar Azərbaycanın maşın bazarına da təsirsiz ötüşməyəcək. Yeni təşəbbüsə görə, 6 ildən köhnə minik avtomobillərinin ölkəyə gətirilməsi və ilkin qeydiyyatı qadağan edilə bilər.
Gürcüstan tərəfi bunu ekoloji vəziyyətin yaxşılaşdırılması və avtomobil parkının yenilənməsi ilə izah edir. Lakin bu addım regionda, xüsusən də Gürcüstan üzərindən üçüncü ölkələrə maşın aparan sahibkarların işini çətinləşdirir.
Oxu24.com Demokrat.az-a istinadla xəbər verir ki, Azərbaycan bazarı üçün əsas məsələ qadağanın hansı formada tətbiq olunacağıdır. Uzun illərdir ABŞ və digər ölkələrdən alınan avtomobillərin böyük hissəsi Gürcüstan limanları vasitəsilə gətirilir. Əgər 6 ildən köhnə maşınların ölkə ərazisinə girişi tamamilə yasaqlanarsa, bu halda 7 yaşlı və daha köhnə avtomobillərin tranziti texniki cəhətdən dayana bilər. Belə olan halda gömrük və rəsmiləşdirmə mexanizmi işləməyəcək ki, bu da daşınma zəncirini qırır.
Digər ehtimal isə məhdudiyyətin yalnız Gürcüstanda daxili qeydiyyata şamil olunmasıdır. Bu ssenaridə avtomobil ölkə daxilində istismara buraxılmasa da, tranzit və ya reeksport qaydası ilə Azərbaycana göndərilə bilər. Əgər bu mexanizm saxlanılarsa, köhnə avtomobillərin Gürcüstan bazarında satışı bitsə də, bizim bazara yönələn axın tam kəsilməyəcək.
Hazırda əsas sual qadağanın texniki tətbiq qaydasıdır. Məhdudiyyət sadəcə qeydiyyatla bitəcək, yoxsa fiziki olaraq ölkəyə girişi də əhatə edəcək? Qərarın yekun mətni dəqiqləşdikdən sonra həm fərdi alıcılar, həm də şirkətlər üçün vəziyyət aydınlaşacaq.
Həmçinin oxuyun
00:53 / 08 May 2026
181
00:49 / 08 May 2026
189
00:47 / 08 May 2026
178
00:37 / 08 May 2026
63
00:31 / 08 May 2026
77
00:25 / 08 May 2026
67
23:52 / 07 May 2026
192
23:27 / 07 May 2026
197
23:07 / 07 May 2026
245
22:49 / 07 May 2026
185
22:46 / 07 May 2026
461
22:39 / 07 May 2026
232
22:33 / 07 May 2026
185
22:10 / 07 May 2026
215
21:54 / 07 May 2026
231
21:43 / 07 May 2026
223
21:29 / 07 May 2026
79
21:16 / 07 May 2026
433
21:05 / 07 May 2026
101
20:54 / 07 May 2026
106
20:43 / 07 May 2026
96
20:40 / 07 May 2026
87
20:26 / 07 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.