Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
809
13.02.2026, 21:29
Gənclik metrosu ətrafında aparılan müşahidələr göstərir ki, zolaqların çoxluğu əslində tıxacı artıran amillərdən biridir. Avtomobillər zolaqlara bölünsə də, axının nizamsızlığı səbəbindən qısa müddətdə sıxlıq yaranır.
Pik saatlarda bu yığılma bütün zolaqlara yayılır və yaxın küçə və prospektlərdə də sıxlıq yaradır. Zolaqların sayı tıxacın ölçüsünü artıran faktor kimi görünür. Bu araşdırma göstərir ki, ərazidə hərəkət axını və zolaqların təşkili daha diqqətlə öyrənilməlidir.
Oxu24.com bildirir ki, problem ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a bildirib ki, Gənclik metrosunun qarşısında zolaqların sayı kifayət qədər çoxdur:
"Lakin problem zolaq çoxluğundan qaynaqlanmır. Əsas sıxlıq "Gənclik Mall" istiqamətinə dönən nəqliyyat vasitələrinin yaratdığı yüklənmə ilə bağlıdır. Bu istiqamətə sağa dönən avtomobillər həm işıqfora, həm də piyada keçidinə görə dayanmalı olur. Nəticədə həmin nöqtədə ləngimə yaranır. Dönən avtomobillərin sayı çox olduğundan bu ləngimə qısa vaxtda yığılıb tıxaca çevrilir. Arxa hissədə zolaqların çox olmasına baxmayaraq, tıxac bütün zolaqlara yayılır".
O deyib ki, məhz hərəkətin bu nöqtədə dayanması və axının kəsilməsi ilə bağlıdır:
"Bu səbəbdən ərazidə hərəkətin təşkili ilə bağlı müəyyən təkliflər hazırlanıb. Yeraltı parkinqə girişin daha rahat təşkili və dönüş trayektoriyasının dəyişdirilməsi ilə bağlı variantlar müzakirə olunub.
Bu dəyişikliklər tətbiq edilərsə, həmin nöqtədə yaranan sıxlığın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Hazırkı vəziyyətdə isə bu sahədə tıxac günün əksər saatlarında müşahidə olunur".
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.