Göz əməliyyatından sonra qaydalar – oftalmoloqdan açıqlama
20 Aprel 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1025
13.02.2026, 16:59
Xərçəng xəstəliyi zamanı həkimlərin də, xəstələrin də ən çox ehtiyat etdiyi məqam şişin sürətlə metastaz verməsi, yəni digər orqan və toxumalara sıçrayıb, orada kök atması, böyüməsidir. Onkoloji xəstəliklərdə metastazı n başlanmasının əlamətlərini necə təyin etmək olar, və ya metastazın qarşısı necə alına bilər ?
Oxu24.com-un mövzu ilə bağlı sualını onkoloq-mammoloq Nurlana Əliyeva cavablandırıb.
"Təəssüflə qeyd edim ki, ürək-damar xəstəliklərindən sonra xərçəng bütün dünyada ikinci ölüm səbəbi sayılır. Ən təəssüfləndirici hal isə odur ki, bu xəstəlik getdikdə böyük sürətlə yayılır. Xərçəngin ən qorxulu dönəmi isə metastazın baş verməsidir. Metastaz hansı halda baş verir? Təbii ki, orqanizmin müəyyən yerində törəmə şişlər olur. Həmin şişlər özünün pik mərhələsinə qədər inkişaf edir və ondan hüceyrələr ayrılır. Həmin hüceyrələr limfa ilə bədəndaxilində digər uzaq və yaxın hissələrə daşınıb, orda kök salır, qarşısı alınmayacaq dərəcədə bölünüb, yeni şişlər əmələ gətirir. Məhz bu proses xərçəngin metastazı adlanır.
Həmçinin oxuyun
Xərçəng diaqnozu qoyulmuş pasiyentdə zamanında və düzgün planlama ilə aparılan müalicələr bitdikdən sonra pasiyentlər 3-5 il ərzində təqib edilir. Və bu təqiblər, vaxtlı- vaxtında verilmiş analizlər nəticəsində metastaz halını anlamaq mümkün olur.
Metastatik prosesin yerləşdiyi orqandan asılı olaraq immunoterapiya, kimya- target terapiya və ya təkrari cərrahi əməliyyat icra edilə bilər. Sümük metastazları aşkar edilmişdirsə ağrıları azaltmaq və travmatik sınıqları önləmək üçün şüa terapiya aparıla bilər. Metastaz xərçənglə mübarizəni və müalicə variantlaını çətinləşdirir. Üstəlik orqanizmi tamamilə zəifləmiş xəstələrdə xərçəngin müxtəlif bölgələrə yayılması səbəbindən müalicə variantlarını məhdudlaşdıra bilər. Çox az hallarda metastaz edilmiş şişlər cərrahi yolla çıxarıla bilər”- deyə onkoloq vurğulayıb.
Əntiqə Rəşid
09:49 / 21 Aprel 2026
1
09:47 / 21 Aprel 2026
5
00:30 / 21 Aprel 2026
280
23:55 / 20 Aprel 2026
306
23:38 / 20 Aprel 2026
373
23:18 / 20 Aprel 2026
114
22:59 / 20 Aprel 2026
358
22:49 / 20 Aprel 2026
1297
22:31 / 20 Aprel 2026
120
22:20 / 20 Aprel 2026
117
22:06 / 20 Aprel 2026
272
22:02 / 20 Aprel 2026
177
21:56 / 20 Aprel 2026
154
21:42 / 20 Aprel 2026
151
21:34 / 20 Aprel 2026
252
21:24 / 20 Aprel 2026
123
21:20 / 20 Aprel 2026
1876
21:19 / 20 Aprel 2026
295
21:17 / 20 Aprel 2026
113
21:09 / 20 Aprel 2026
560
21:05 / 20 Aprel 2026
277
21:04 / 20 Aprel 2026
126
20:59 / 20 Aprel 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.